Çağrı Mərkəzi: 960
​12-ci Koreya Beynəlxalq Qadın İxtiraları Sərgisi keçiriləcək

​12-ci Koreya Beynəlxalq Qadın İxtiraları Sərgisi keçiriləcək

20-23 iyun 2019-cu il tarixlərində Cənubi Koreyanın KINTEX Sərgi Mərkəzində Koreya Qadın İxtiraçılar Assosiasiyası tərəfindən 12-ci Koreya Beynəlxalq Qadın İxtiraları Sərgisi və Koreya Beynəlxalq Qadın İxtiraları Forumu keçiriləcək. Sərginin məqsədi beynəlxalq qadın ixtiraçılar üçün davamlı inkişaf, əməkdaşlıq və biznes imkanlarının təşviqi, onların əqli mülkiyyət hüquqlarının təmin edilməsi ilə baqlı fəaliyyətlərdir.

Bundan əlavə, 24-25 iyun tarixlərində Kreativ Qadın Liderlər üçün Əqli Mülkiyyət Dalğası akademiyası öz işinə başlayacaq.

Koreya Qadın İxtiraçılar Assosiasiyası Koreya Əqli Mülkiyyət Təşkilatı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən dəstəklənən təşkilatdır.

Tədbirdə iştirak ödənişlidir.

Əlavə məlumatı www.kiwie.or.kr veb səhifəsindən almaq olar.

İştirak etmək arzusunda olanlar 10 may 2019-cu il tarixinə qədər doldurulmuş iştirakçı formalarını gokiwie@gmail.com electron poçt ünvanına göndərməlidir.

04.04.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×