Qaynar xətt: 960
2019-cu il ərzində Əqli Mülkiyyət Agentliyində mindən çox vətəndaş müraciətinə baxılıb

2019-cu il ərzində Əqli Mülkiyyət Agentliyində mindən çox vətəndaş müraciətinə baxılıb

2019-cu il ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparatına və Agentliyin tabeliyində olan qurumlara ümumilikdə 1049 vətəndaş müraciəti (onlardan 165-i elektron formada) daxil olmuşdur. Müraciətlərin Agentlikdə hərəkəti daxili elektron sənəd dövriyyəsi sistemi ilə təşkil edilmiş, onların icrasına ciddi riayət olunmuşdur.

Agentliyə daxil olan müraciətlərin 782-si əsərlərin qeydiyyatı, 147-si sənaye mülkiyyəti, 38-i müəllif hüquqları, 38-i əqli mülkiyyət sahəsi üzrə sorğular, 4-ü qonorar və 40-ı digər mövzülar ilə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq ötən il ərzində agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 1110 vətəndaş qəbul edilib. Qəbul edilmiş vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi üçün Agentliyin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülmüşdür.

startup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×