Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyində əmtəə nişanlarının qorunması və kontrafakt məhsullara qarşı mübarizə məsələləri müzakirə edilib

Əqli Mülkiyyət Agentliyində əmtəə nişanlarının qorunması və  kontrafakt məhsullara qarşı mübarizə məsələləri müzakirə edilib

Əqli Mülkiyyət Agentliyində “REACT” beynəlxalq təşkilatının Şimal-Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Kazimieras Sarzickas, “REACT”-ın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanov və “Puma” şirkətinin əmtəə nişanları üzrə meneceri Ulla Sieber ilə görüş keçirilib.

Agentliyinin İdarə Heyətinin üzvü, sədrin müavini Sənan Tapdıqov qonaqları salamlayaraq Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti, son dövrlər ökəmizdə əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində görülən ardıcıl məqsədyönlü işlər barədə məlumat verib. O, Azərbaycanın “Doing Business - 2020” hesabatında islahatçı 20 ölkə sırasına daxil edildiyini xüsusi vurğulayaraq Agentliyin əsas vəzifələrindən birinin ölkədə aparılan islahatlara xidmət etmək olduğunu diqqətə çatdırıb.

Görüş üçün təşəkkürünü bildirən cənab K.Sarzickas “REACT”ın kontrafakt məhsullarla ticarətə qarşı mübarizə üzrə beynəlxalq qeyri-hökumət təşkilat olduğunu bildirib və təşkilat haqqında qısa məlumat verib. O, “REACT”ın saxta mallara, kontrafakt məhsullara qarşı mübarizə strategiyası barəsində danışaraq ölkəmizin Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq etdiklərini və bu sahədə Agentlik ilə də əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıb.

“Puma” şirkətinin əmtəə nişanlarının qorunması sahəsində fəaliyyətindən danışan xanım U.Sieber Azərbaycanda patent, əmtəə nişanları və coğrafi göstəricilərin qorunması, texnologiyaların transferi, kontrafakt və pirat məhsullara qarşı mübarizə sahəsindəgörülən işlər barəsində məlumatlı olduğunu qeyd edib və ölkəmizdə “Puma” əmtəə nişanından qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində göstərilən dəstəyə görə Agentliyə təşəkkürünü bildirib.

S.Tapdiqov Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının üzvü olmamasına və TRİPS sazişinə qoşulmamasına baxmayaraq ölkəmiz üçün ticarət sahəsində görülən işlərin səmərəliliyinin və dünya bazarında Azərbaycan məhsulu haqqında məlumatlığının artırılmasının, keyfiyyətli yerli məhsulların ixracının stimullaşdırılmasının və yerli brendlərin beynəlxalq standartlara uyğunluğunun təmin olunmasının prioritet istiqamətlər sırasında olduğunu diqqətə çatdırıb. O, Əqli Mülkiyyət Agentliyinin də “Puma” şirkəti və “REACT” təşkilatı ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək Agentlk tərəfindən sənaye mülkiyyəti və müəlliflik hüququ obyektlərindən qeyri-qanuni istifadə, texnologiyaların transferi və əqli mülkiyyətin kommersiyalaşdırılması sahələrində müxtəlif tədbirlərin həyata keçirildiyini, o cümlədən bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsi üzrə fəal iş aparıldığını vurğulayıb.

Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri, birgə təlimlərin keçirilməsi məsələləri də müzakirə olunub.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×