Qaynar xətt: 960
​Əqli Mülkiyyət Agentliyinin benefisiarı olduğu tvinninq layihəsi çərçivəsində Yunanıstanlı ekspertlə görüş keçirilib

​Əqli Mülkiyyət Agentliyinin benefisiarı olduğu tvinninq layihəsi çərçivəsində Yunanıstanlı ekspertlə görüş keçirilib

Noyabrın 18-də “Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının gücləndirilməsi” tvinninq layihəsinin icrası çərçivəsində Bakıya səfər edən Yunanıstanlı ekspert Pierrina Koriatopoulou ilə Agentlikdə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan layihənin benefisiar qurum tərəfindən rəhbəri, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev tvinninq layihəsinin artıq həyata keçirilməsinə başlanıldığını və xanım Koriatopoulounun Azərbaycana səfər edən ilk xarici ekspert olduğunu vurğulayıb, layihənin gələcək uğuruna ümidvar olduğunu diqqətə çatdırıb.

Layihənin Rezident Tvinninq Müşaviri İoannis Anagnostopoulos layihə haqqında qısa məlumat verib. Bildirilib ki, tvinninq layihəsi dörd komponentdən ibarətdir. Birinci komponentdə rəqəmsal şəbəkələrdə müəlliflik hüququ və əlaqəli hüquqların təminatını dəstəkləyən institusional bazanın yaradılması, ikinci komponentdə Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin texniki cəhətdən gücləndirilməsi, üçüncü komponentdə hüquqi tənzimləyici bazanın nəzərdən keçirilməsi və yeni qanunvericiliyin işlənib hazırlanması və dördüncü komponentdə təlimlərin və ictimaiyyətin məlumatlandırılması ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Xanım Koriatopoulou Yunanıstanda rəqəmsal şəbəkələrdə müəlliflik hüququ və əlaqəli hüquqların pozulması ilə mübarizə mexanizmləri, xüsusilə də Yunanıstanın Müəlliflik Hüququ Təşkilatı nəzdində fəaliyyət göstərən onlayn piratçılıqla mübarizə ilə məşğul olan Xüsusi Komissiyanın fəaliyyəti, eyni zamanda bu sahədə məhkəmə praktikası haqqında ətraflı məlumat verib.

Görüşdə Yunanıstanlı ekspert Agentliyin əməkdaşlarının maraqlandığı suallara cavab verib, mövzu ətrafında müzakirə aparılıb.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×