Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin benefisiarı olduğu tvinninq layihəsi yekunlaşıb

Əqli Mülkiyyət Agentliyinin benefisiarı olduğu tvinninq layihəsi yekunlaşıb

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin benefisiarı olduğu və Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının gücləndirilməsi” adlı tvinninq layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov layihənin keçirildiyi dövrdə xalqımız üçün əhəmiyyətli hadisələrin baş verdiyini və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad olunduğunu qeyd edib və bu yaxınlarda xalqımızın Zəfər Gününün birinci ildönümünü keçirəcəyini diqqətə çatdırıb. O, ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunmasında xarici ölkələrlə əməkdaşlığın əhəmiyyətinə toxunaraq tvinninq layihəsi çərçivəsində Aİ-nın ekspertlərinin iştirakı ilə beynəlxalq təcrübənin öyrənilməsini buna bariz nümunə olduğunu bildirib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko layihənin uğurla başa çatması münasibətilə Azərbaycan hökumətini və Əqli Mülkiyyət Agentliyini təbrik edib. Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos layihənin həyata keçirilməsində Yunanıstan Müəllif Hüquqları Təşkilatının rolunu vurğulayıb, gələcək tvinninq layihələrinin keçirilməsi təklifini verib.

Tədbirdə fiziki iştirak edən və onlayn rejimdə qoşulan Aİ-nın ekspertləri layihənin komponentləri haqqında ətraflı məlumat verib, öz təəssüratlarını bölüşüblər.



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×