Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndələri gender bərabərliyi üzrə məsul şəxslər üçün təşkil olunmuş təlim kursunda iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri gender bərabərliyi üzrə məsul şəxslər üçün təşkil olunmuş təlim kursunda iştirak edib

Cari ilin 30-31 yanvar tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) birgə təşkilatçılığı ilə gender bərabərliyi üzrə məsul şəxslər üçün 2 günlük təlim kursu təşkil olunub.

Müxtəlif dövlət qurumlarının gender məsələləri üzrə məsul şəxslərinin iştirakı ilə təşkil olunmuş tədbirin məqsədi kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılması, cinsindən asılı olmayaraq bərabər təmsilçiliyin təmin olunmasında ortaya çıxan maneələrin təhlil edilməsi idi.

İki günlük təlim çərçivəsində gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi, mövcud gender siyasəti, gender auditi, bu istiqamətdə milli qanunvericilik və beynəlxalq təşkilatlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları və digər məsələlərlə bağlı təqdimatlar edilib, mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Aparatının Kadrlar şöbəsinin müdiri Ülviyyə Xasayeva və həmin şöbənin baş məsləhətçisi Aydan Hüseynova da iştirak edib.

Təlimin sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×