Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi “Building Information Modelling” texnologiyalarına həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi “Building Information Modelling” texnologiyalarına həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Yanvarın 28-də Bakıda ABŞ-ın “Autodesk” və Azərbaycanın “AZEL Systems” şirkətlərinin təşkilatçılığı ilə “Building Information Modelling” texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Tədbirin əsas məqsədi inşaat sahəsində mövcud aktual problemlərin və “Autodesk” şirkətinin mülki və sənaye obyektlərinin inşaatı üçün təklif etdiyi imkanların müzakirəsi olub.

Beynəlxalq tədbirdə ölkəmizin dövlət qurumlarının, təhsil müəssisələrinin və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Konfransda istehsal sahələrinin modelləşdirilməsi sahəsində Azərbaycanda mövcud nailiyyətlər nəzərdən keçirilib və təcrübə mübadiləsi aparılıb.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Milkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev də iştirak edib.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×