Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İstanbulda beynəlxalq konfransda iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İstanbulda beynəlxalq konfransda iştirak edib

Cari ilin 17-18 oktyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Boğaziçi Universiteti, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Türkiyə Patentvə Əmtəə Nişanları İdarəsi (TÜRKPATENT), Avropa Patent İdarəsinin birgə təşkilatçılğı ilə əqli mülkiyyətin idarə edilməsi üzrə 9-cu beynəlxalq konfrans keçirilib.

Tədbirin plenar iclasını TÜRKPATENT-in rəhbəri Habip Asan və Boğaziçi Universitetinin rektoru professor Mehmed Özkan açmışlar. Mehmet Özkan öz çıxışında 2011-ci ildən etibarən hər il mütəmadi olaraq Boğaziçi Universitetinin ev sahibliyi etdiyi əqli mülkiyyətin idarə edilməsi üzrə bu konfransın keçirildiyini qeyd edib və bu tədbirlərdə əqli mülkiyyət sahəsininmövcud gündəliyinin həssas problemlərinin müzakirə edildiyini bildirmişdir.

Davam edən plenar iclasda və müxtəlif panellərdə“Əqli mülkiyyətin idarəedilməsinə diqqətin artırılması”, “Əqli mülkiyyətin kommersiyalaşdırılması təcrübələri”, “Universitetlərdə əqli mülkiyyət siyasəti” və digər mövzular üzrə çıxışlar və təqdimatlar olmuşdur.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin aparıcı məsləhətçisi Simuzər Abdullayeva “Əqli mülkiyyətin kommersiyalaşma təcrübəsi” panelində “Texnologiyaların transferi və əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması: Azərbaycan təcrübəsi və perspektivlər” adlı təqdimat ilə çıxış etmişdir.

O, həmçinin ölkəmizdə həyata keçirilən geniş islahatlar çərçivəsində əqli mülkiyyət sahəsində baş verən yeniliklərdən, o cümlədən sahənin idarəolunması ilə əlaqədar yaranmış qurumun - Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.

S.Abdullayeva ölkəmizin ÜƏMT ilə əməkdaşlığının uğurla davam etdiyini bildirmiş və bu təşkilatın oktyabr ayının birinci dekadasında keçirilmiş Baş Assambleyasında Azərbaycanın əqli mülkiyyət sahəsi üzrə nailiyyətlərinə yüksək qiymətverilərək, bu təşkilatın aparıcı bölmələrində ölkəmizin təmsil olunmasına diqqəti yönəltmişdir.

Konfransda ABŞ, Almaniya, Belçika, Fransa, Qazaxıstan, İspaniya, İsveç, İsveçrə, Polşa və Türkiyədən olan əqli mülkiyyət sahəsi üzrə mütəxəssislər, müxtəlif universitet və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×