Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İnkişaf və Əqli Mülkiyyət üzrə Komitəsinin iclasında iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İnkişaf və Əqli Mülkiyyət  üzrə Komitəsinin iclasında iştirak edib

Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İnkişaf və Əqli Mülkiyyət üzrə Komitəsinin 2019-cü il 18-22 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilmiş 24-cü sessiyasında iştirak etmişdir.

Sessiyada əqli mülkiyyət və inkişaf, texnologiyaların kommersiyalaşdırılması, transferi, innovasiyaların dəstəklənməsi ilə bağlı məsələlər əsas müzakirə obyekti olmuş, bu sahədə həyata keçirilən tədbirlər və nəticələri barədə məlumat verilmişdir.

Agentliyin nümayəndəsi ölkəmizin daxil olduğu Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri qrupunda Komitənin hazırkı sessiyasının gündəliyində duran bütün məsələlərin müzakirələrində və vahid mövqenin formalaşdırlmasında iştirak etmişdir.

N.İsayev Komitənin Gündəliyinin Əqli mülkiyyət və inkişaf bölməsinin plenar iclasında çıxış edərək, dövlət başçısının dəstəyi ilə ölkəmizdə əqli mülkiyyətlə bağlı məsələlərin sistemli və uğurlu şəkldə həlli, innovativ inkişaf, texnologiyaların kommersiyalaşdırılması, transferi və innovasiyaların dəstəklənməsi sahələrində həyata keçirilən genişmiqyaslı tədbirləri diqqətə çatdırmışdır. O, həmçinin əqli mülkiyyət sahəsində vahid idarəetmə qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradılması, texnologiyaların transferi və kommersiyalaşdırılması və innovasiyaların dəstəklənməsi mərkəzlərinin yaradılması, blokçeyn texnologiyası da daxil olmaqla, rəqəmsal əqli mülkiyyət hüquqlarının qorunması və idarə edilməsi üzrə sistemin qurulması, yeni rəqəmsal xidmətlərin təşkili və görülən işlərin nəticəsi olaraq əldə olunmuş nailiyyətlər barədə geniş məlumat vermişdir.

Bununla yanaşı, N.İsayev Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində reallaşdırılan layihələri və həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, bu çərçivədə ölkəmizin universitetlərində və elmi-tədqiqat institutlarında əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, texnologiyaların transferi və kommersiyalaşdırılması mərkəzlərinin və innovativ startapların yaradılması və fəaliyyətlərinin dəstəklənməsi, onların nailiyyətlərini əks etdirən sərgilərin təşkil edilməsi istiqamətlərində görülən işlər barədə məlumatları sessiya iştirakçılarının nəzərinə çatdırmışdır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×