Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin proqram təminatından lisenziyasız istifadəyə qarşı mübarizə sahəsində gördüyü işlər yüksək qiymətləndirilib

Əqli Mülkiyyət Agentliyinin proqram təminatından lisenziyasız istifadəyə qarşı mübarizə sahəsində gördüyü işlər yüksək qiymətləndirilib

Cari ilin 6 fevral tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində ABŞ-ın “Oracle Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Qonaqları salamlayan Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov dövlət başçısı tərəfindən aparılan iqtisadi islahatlar və ölkəmizdə əqli mülkiyyət sahəsində əldə edilmiş uğurlu nəticələr barədə ətraflı məlumat verib.

“Oracle Corporation” şirkətinin Rusiya Federasiyası və MDB ölkələri üzrə vitse-prezidenti Oleq Jukov, Qafqaz, Orta Asiya regionu üzrə direktor Dmitriy Smirnov və şirkətin Azərbaycandakı texnologiya satışı üzrə nümayəndəsi Dilşod Maksudxanov qəbul üçün təşəkkürlərini bildirərək 6-7 fevral tarixlərində Bakıda “Hilton” mehmanxanasında keçirilən beynəlxalq “Oracle Day – 2020” tədbiri haqqında məlumat veriblər və belə tədbirlərin keçirilməsinin yerli istehlakçı şirkətlərlə əlaqələrin qurulmasında böyük müsbət təsiri olduğunu vurğulayıblar.

Görüş zamanı “Oracle Corporation” şirkətinin istehsalı olan proqram təminatlarından lisenziyasız istifadə ilə mübarizə istiqamətində Agentliyin gördüyü işlər yüksək qiymətləndirilib və növbəti mərhələlərdə birgə addımların atılmasının vacibliyi qeyd olunub.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×