Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi beynəlxalq ekspertlərlə müzakirə edilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məsələsi beynəlxalq ekspertlərlə müzakirə edilib

Noyabrın 25-də “Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının gücləndirilməsi” tvinninq layihəsinin icrası çərçivəsində Bakıya səfər edən Italiya və Yunanıstandan olan ekspertlər ilə görüş keçirilib.

Ekspertlərin səfəri layihənin birinci komponenti “Rəqəmsal şəbəkələrdə müəlliflik hüququ və əlaqəli hüquqların təminatını dəstəkləyən institusional bazanın yaradılması” üzrə həyata keçirilir və Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu və fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsini nəzərdə tutur.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Kərimov İtaliya və Yunanıstanda müəlliflik hüququ obyektlərinə nəzarət markalarının vurulması praktikasından, o cümlədən Mərkəzin həyata keçirdiyi təlimlərin keyfiyyətinin artırılması ilə bağlı Aİ ölkələrinin təcrübəsindən yararlanmaq istəyini bildirib.

İtaliyanın AGCOM təşkilatının əməkdaşı cənab Francesco Sciacchitano rəqəmsal şəbəkələrdə müəlliflik hüququnun qorunması məsələsinin Aİ-da xüsusilə diqqətdə olan problem olduğunu qeyd edib, bu sahədə öz ölkəsinin təcrübəsinin Azərbaycan üçün də əhəmiyyətli olacağını vurğulayıb.

Yunanıstanın Müəllif Hüquqları Təşkilatının hüquq şöbəsinin müdiri xanım Daphne Papadopoulou səfər zamanı Yunanıstanda, o cümlədən beynəlxalq səviyyədə onlayn piratçılıqla mübarizə və bu sahədə təlimlərin keçirilməsi ilə əlaqədar mövcud təcrübə haqqında ətraflı məlumatların veriləcəyini və tövsiyyə xarakterli hesabatın təqdim olunacağını bildirib.

Aİ-nın əqli mülkiyyət üzrə eksperti İoannis Kikkis 2011-2013-cü illərdə Müəllif Hüquqları Agentliyinin benefisiarı olduğu tvinninq layihəsində çalışdığı dövrü xatırladaraq ölkəmizdə və Bakı şəhərində bir çox müsbət dəyişikliklərin baş verdiyinin şahidi olduğunu qeyd edib, bu dəfəki səfərinin məqsədinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi üçün yol xəritəsinin hazırlanması və Mərkəzin 1-3 il müddəti üçün strategiyanın müəyyənləşməsində məsləhətlərin verilməsi olduğunu bildirib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×