Çağrı Mərkəzi: 960
​Avrasiya Patent İdarəsinin ekspertləri Əqli Mülkiyyət Agentliyində təlim keçiblər

​Avrasiya Patent İdarəsinin ekspertləri Əqli Mülkiyyət Agentliyində təlim keçiblər

19 dekabr 2018-ci il tarixində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində Avrasiya Patent İdarəsinin (APİ) ekspertləri tərəfindən təlim keçirilib.

Tədbirdə Avrasiya Patent İdarəsinin İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisləri Denis Zastavnıy və Aleksandr Somov tərəfindən iddiaçı və patent müvəkkiləri üçün APİ-nin onlayn sistemi haqqında təqdimatlar edilib. Məruzəçilər tərəfindən vahid Avrasiya patenti, onlayn sistem vasitəsilə iddia ərizələrinin verilməsi qaydası, elektron mübadilə sistemi və digər mövzular haqqında ətraflı məlumat verilib.

Təlimdə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşları, o cümlədən indiyədək Avrasiya iddia ərizələrini Avrasiya Patent İdarəsinə təqdim etmiş patent müvəkkilləri və iddiaçılar iştirak ediblər.

Qeyd edək ki, APİ-nin ekspertlərinin ölkəmizdəki təlimləri Avrasiya Patent İdarəsinin prezidenti xanım Saule Tlevlesovanın cari il dekabrın 4-də Bakı şəhərinə səfəri zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ilə görüşündəki razılaşmaya əsasən keçirilib.

21.12.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×