Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının 61-ci sessiyasının plenar iclasında fransız dilində çıxış edib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının 61-ci sessiyasının plenar iclasında fransız dilində çıxış edib

Hörmətli cənab Sədr,

Hörmətli cənab ÜƏMT-nın Baş direktoru,

Hörmətli xanımlar və cənablar!

Mən Azərbaycan Respublikasının nümayəndə heyətinin adından Assambleyanının iştirakçılarını salamlayıram, həmçınin Baş Assambleyanın yeni seçilmiş Sədrini təbrik edirəm, ona gələcək fəaliyyətində uğurlar arzu edirəm və çıxış etmək üçün verilən imkana görə təşəkkürümü bildirirəm. Baş Assambleyanın işinin uğurunu bütövlükdə müəyyənləşdirən ÜƏMT-nın Baş direktorunun rəhbərliyi altında ÜƏMT Katibliyinin əlaqələndirici işinə görə də minnətdarlığımı bildirirəm.

Dünya dəyişir və bəzən dəyişikliklərin dialektikası fors-major şəraitin seytnotu vəziyyətində mühüm qərarlar qəbul etməyə məcbur edən tamamilə gözlənilməz hallar diktə edir. COVİD-19 pandemiyası bütün sosial institutlara toxundu, sabit əlaqələri sarsıtdı, yeni ünsiyyət və qarşılıqlı əlaqə formalarını qəbul elətdirdi, ən acınacaqlısı isə öz əməyi ilə mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini yaradan çox sayda insanın həyatını aldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari il mayın 4-də video formatda keçirilən “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Qoşulmama Hərakatı sammitində cənab Prezident “Biz birlikdə pandemiyaya qalib gələcəyik” deyə qeyd etmişdir.

Xanımlar və cənablar!

Agentliyimizin əsas məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi islahatları təşviq edilməsi, Agentliyin iqtisadi artımın fəal iştirakçısına çevrilməsidir. Patent fəaliyyətini sürətləndirmək və şəffaflığı təmin etmək məqsədilə yeni rəqəmsal xidmətlər tətbiq edilib, rəqəmsal ƏM hüquqlarının qorunması üçün yeni sistemlər hazırlanıb.

Çıxışımın sonunda ÜƏMT-nın Baş direktoru vəzifəsini başa vuran cənab Frensis Qarriyə təşəkkürümü çatdırmaya bilmərəm. Hörmətli Dr. Qarri, özünəməxsus peşəkarlığınız, işgüzarlığınız və ən yüksək mədəniyyətiniz ÜƏMT çərçivəsində bir çox başlanğıcların, müvəffəqiyyətinin açarı olmuşdur. Baş direktor vəzifəsində səmərəli fəaliyyətiniz bütün beynəlxalq əqli mülkiyyət sisteminin inkişafına təsir göstərdi və innovasiyalara, yaradıcılığa və davamlı inkişafa təkan verdi. Azərbaycanda Sizi həmişə səmimiyyətlə və sevinclə xatırlayacaqlar.

Həmçinin ÜƏMT-nın yeni Baş direktoru seçilən cənab Daren Tanqı da təbrik edirəm. Əminəm ki, bu vəzifədə Siz ÜƏMT-nın mandat və məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcək, əqli mülkiyyət hüquqularının qorunması üzrə qlobal sisteminin yaradılması vasitəsilə yenilik və yaradıcılığı təşviq edəcəksiniz. Azərbaycan bu fəaliyyətdə Sizə dəstək və əməkdaşlığa zəmanət verir.

Diqqətinizə görə təşəkkür edirəm və hamıya səmərəli iş arzu edirəm!

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×