Çağrı Mərkəzi: 960
Azərbaycan və ABŞ arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və ABŞ arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin müdiri Dryu Lebküreri qəbul edib.

Qonağı salamlayan S.Tapdıqov Agentliyin fəaliyyəti və strukturu barədə qonağa məlumat verib və Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində əqli mülkiyyət sahəsində ölkəmizin nailiyyətlərini diqqətə çatdırıb. O, keçən illər ərzində ABŞ nümayəndələri ilə görüşləri xatırladaraq Agentliyin ikitərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, hazırda Azərbaycanda ABŞ-nın hüquqi və fiziki şəxslərinə məxsus çoxsaylı əqli mülkiyyət obyektlərinin qorunduğunu, o cümlədən “Microsoft”, “Oracle” və “Trimble” şirkətləri daxil olmaqla ABŞ şirkətlərinin proqram təminatı məhsullarının ölkəmizdə hüquqi qorunmasına diqqət verildiyini bildirib.

Sədr müavini ABŞ-nın Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) ilə birlikdə Azərbaycanda əqli mülkiyyət sahəsində ictimai məlumatlılığın artırılması üçün keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək Agentliyin bu sahədə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Qəbul üçün təşəkkürünü bildirən D.Lebkürer Azərbaycanda həyata keçirilən islahatların ölkədə baş verən transformasiyalara müsbət təsir etdiyini bildirib. O, əqli mülkiyyət sahəsinin ABŞ xarici iqtisadi siyasətinin əsas hissələrindən olduğunu qeyd edərək Agentlik ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Qonaq Agentlik tərəfindən görülmüş işlərə görə təşəkkürünü çatdıraraq ABŞ-nın ölkəmizdəki səfirinin buna yüksək dəyər verdiyini bildirib.

Görüşdə Agentliyin CLDP çərçivəsində, həmçinin ABŞ-nın dövlət və özəl qurumları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.



Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×