Çağrı Mərkəzi: 960
Azәrbaycan nümayәndәsi әqli mülkiyyәt sahәsindә beynәlxalq tәdbirdә iştirak edib

Azәrbaycan nümayәndәsi әqli mülkiyyәt sahәsindә beynәlxalq tәdbirdә iştirak edib

Cari ilin 23-25 oktyabr tarixlərində Cənubi Afrika Respublikasının Sandton şәhәrində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜӘMT), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Ümumdünya Gömrük Təşkilatı (ÜGT), Beynəlxalq Cinayət Polisi İdarəsi (INTERPOL) vә Cənubi Afrika Şirkətlər və Əqli Mülkiyyət Komissiyasının (CIPC) birgə tәşkilatçılığı ilә “Əqli mülkiyyətə hörmətin aşılanması - Afrikanın cənubundan təşəbbüs” mövzusunda beynəlxalq konfrans keçirilİb.

Tәdbirin məqsədi əqli mülkiyyətə hörmətin aşılanması ilə əlaqədar dövlət və özəl sektor arasında dialoqun yaradılması idi. 70-dək ölkәnin hökumәt, parlament vә biznes dairәlәrinin 400-dәk nümayәndәlәri konfransa qatılıb. Beynәlxalq tәdbirdә әqli mülkiyyәt hüquqlarının tәminatı üzrә siyasәt vә strateiyaların formalaşdırılması, saxtamalçılıq vә piratçılığa qarşı mübarizәdә son irәlilәyişlәr barәsindә müzakirәlәr edilib, hәmçinin gömrük orqanlarının, polis, prokurorluq, məhkəmə və digər hüquq-mühafizə orqanlarının, hüquq sahiblərinin, hökumətlərarası təşkilatların və tədqiqatçıların təcrübəsi mübadilə edilib.

Konfransda Әqli Mülkiyyәt Agentliyinin Beynәlxalq әlaqәlәr vә informasiya şöbәsinin müdir müavini Elnur Mәmmәdli də iştirak edib. Tədbirin əsas hissəsinin birinci günündə “İqtisadi artım, kiçik sahibkarlıq investisiya yeni iş yerlərinin yaradılmasında əqli mülkiyyətin dəyəri”, “Əəqli mülkiyyət hüquqlarının təminatında dövlət maraqları”, “Əqli mülkiyyət təhlükəsiz dünyanın prioriteti kimi” və “Əməkdaşlıq vasitəsilə əqli mülkiyyətə hörmətin aşılanması” mövzularında, ikinci gün isə “Sərhədsiz dünyada ticarət: əqli mülkiyyət hüquqlarının inkişafa töhfəsi”, “Regional alyanslar: inkişafın agentləri və effektiv əqli mülkiyyət sistemlərinin çempionları”, “Trans-sərhəd əqli mülkiyyət mübahisələrində territoriallığın tətbiqi” və “Multiterritoriallıq potensialından istifadə: beynəlxalq aktorlar vasitəsilə potensialların artırılması” mövzularında panellər təşkil olunub.

Tədbir çərçivəsində müzakirәlәr zamanı Agentliyin əməkdaşı tərəfindən ölkәmizdә әqli mülkiyyәt sahәsindә son institusional islahatlar, o cümlәdәn әqli mülkiyyәtә hörmәtin aşılanması, piratçılıq və saxtamalçılığa qarşı mübarizə, ictimai maarifləndirmə və s. istiqamətdə həyata keçirilәn tәdbirlәr haqqında konfrans iştirakçılarına mәlumat verilib.


01.11.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×