Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 141s nömrəli Sərəncamı ilə Sənan Nizami oğlu Tapdıqov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 141s nömrəli Sərəncamı ilə Sənan Nizami oğlu Tapdıqov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 141s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü təyin olunan Sənan Nizami oğlu Tapdıqovun kollektivə təqdim edilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyində tədbir keçirilmişdir.

Tədbiri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov açaraq, dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə əqli mülkiyyət sahəsində geniş islahatların aparıldığını və bu sahədə güclü kadr potensialının formalaşdırıldığını bildirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə vəzifəyə təyin olunan S.Tapdıqovu kollektivə təqdim etmişdir.

Agentliyin İdarə Heyətinin sədri K.İmanov qeyd etmişdir ki, S.Tapdıqov 2018-ci ilin iyul ayından Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır. O, həmçinin Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının sədridir.

K.İmanov daha sonra S.Tapdıqovun iş təcrübəsi barədə ətraflı məlumat verərək bildirmişdir ki, İdarə Heyətinin üzvü təyin olunmuş S.Tapdıqov Bakı Dövlət Universitetinin “Hüquqşünas” və “Dövlət hüququ” ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr və magistr dərəcələrini almış, Niderland Krallığının Maastricht School of Management Universitetini və paralel olaraq ADA Universitetini bitirərək MBA dərəcəsini almışdır. S.Tapdıqov əvvəllər Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına daxil olma üzrə Dövlət Komissiyasının Katibliyinin rəhbəri, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” ASC-lərin Müşahidə Şuralarının üzvü, “SOCAR-Foster Viler” Azərbaycan-İtaliya birgə müəssisəsinin Direktorlar Şurasının üzvü, Azərbaycanda korporativ idarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun rəhbəri olmuşdur. O, həmçinin müxtəlif dövlət müəssisə və qurumlarında müxtəlif vəzifələrdə, eləcə də Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Korporativ idarəetmə sektorunun müdiri, SOCAR-ın Baş ofisinin Strateji inkişaf şöbəsində rəis müavini, Neft-qaz Emalı və Neft-kimya Kompleksində Hüquq şöbəsinin rəisi və s. vəzifələrdə çalışmışdır. Hüquq üzrə fəlsəfə doktorudur, 15-ə qədər elmi məqalənin müəllifidir.

Yeni təyin olunmuş İdarə Heyətinin üzvü S.Tapdıqov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirmiş və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd etmişdir.

20.02.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×