Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndələri 22-23 oktyabr 2018-ci il tarixlərində Düşənbə şəhərində Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclasında iştirak etmişdir

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndələri 22-23 oktyabr 2018-ci il tarixlərində Düşənbə şəhərində Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclasında iştirak etmişdir

22-23 oktyabr 2018-ci il tarixlərində Düşənbə şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə bir sıra məsələlər çıxarılmışdır, o cümlədən Avrasiya Patent Təşkilatına üzv dövlətlər ərazində sənaye nümunələrinin qorunmasına dair Protokolun müzakirəsi və ölkəmizin namizədinin Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunması.

Müzakirələr nəticəsində Azərbaycan Respublikasının xüsusi rəy və təklifləri nəzərə alınaraq sənaye nümunələrinin qorunmasına dair Protokolun ilkin mətni qəbul olunmuşdur və ölkəmizin namizədi Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

Belə nüfuzlu beynəlxalq regional təşkilatda ölkəmizin namizədinin yüksək vəzifəyə təyin olunması ölkədə sahə üzrə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü islahatların, o cümlədən Azərbaycanın regional lider ölkəyə çevrilməsinin daha bir göstəricisidir.

Qeyd etmək lazımdır ki, Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılmışdır, ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını (APK) imzalamış, 1995-ci ildə isə sənədin ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzv olmuşdur. Təşkilat Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələri yerinə yetirmək üçün təsis olunmuş beynəlxalq təşkilatdır. Hazırda təşkilata 8 üzv dövlət daxildir: Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistan. APT-nin idarəedici orqanları İnzibati Şura və Avrasiya Patent İdarəsidir.

29.10.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×