Qaynar xətt: 960
Azərbaycanın əqli mülkiyyət sahəsində uğurları Rusiyada da vurğulanmışdır

Azərbaycanın əqli mülkiyyət sahəsində uğurları Rusiyada da vurğulanmışdır

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Rusiya Federasiyasının Moskva şəhərinə səfəri

2019-cu ilin 23-24 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Beynəlxalq Əqli Mülkiyyət gününə həsr olunmuş “Rəqəmsal transformasiya: IP diqqət mərkəzində” mövzusunda II beynəlxalq konfrans keçirilmişdir.

Rusiya Federasiyasının Əqi Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Qriqori İvliyevin dəvətilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov həmin tədbirdə iştirak etmək üçün Moskva şəhərində səfərdə olmuşdur.

Səfər çərçivəsində aprelin 22-də K.İmanov Avrasiya Patent Təşkilatının (APT) qərargahında olmuş və Avrasiya Patent İdarəsinin (APİ) prezidenti xanım Saule Tlevlesova ilə görüşmüşdür. Goruş zamanı S.Tlevlesova ölkəmizin təşkilatda fəal iştirakı, Azərbaycandan daxil olan iddia sənələrinin statistikası və bununla əlaqədar olan trendlər barədə məlumat vermiş, son zamanlar Azərbaycandan daxil olan iddia sənədlərində farmokologiya sahəsində artımın müşahidə olunduğunu, eyni zamanda son 6 ay ərzində Azərbaycanın elmi-tətqiqat institutlarının bu sahədə fəallıqlarının artırdığını qeyd etmişdir.

APİ-nin prezidenti tələbələr və məktəbiblilər arasında ixtiraçılığın təşviqiin önəmli olduğunu vurğulayaraq bununla əlaqədar keçirilən Universiada barədə danışmış və Əqli Mülkiyyət Agentliyinin bu işdə dəstəyinə görə minnətdarlığını bidldirmiş, Agentliyin aidiyyətı nazirlik və qurumlar arasında Universiadanı təşviq etməsi nəticəsində Azərbaycandan daxil olan sənədlərin sayının artmasını xüsusi vurğulamışdır.

Eyni zamanda, S.Tlevlesova fürsətdən istifadə edərək Azərbaycan tərəfinə APİ-nin vitse-prezidenti vəzifəsinə namizədin irəli sürülməsinə görə təşəkkür etmiş, ölkəmizin nümayəndəsinin möhtəbər beynəlxalq təşkilatın rəhbərliyində iştirakının təşkilatın işinə öz tövhəsini verdiyini və Azərbaycanın təşkilatda fəal iştirakına dəlalət etdiyini bildirmişdir.

Görüşlə əlaqədar APT-nın rəhbərliyinə minnətdarlığını bildirən Kamran İmanov təşkilat çərçivəsində aparılan işlərlə əlaqədar bir neçə məsələyə toxunmuş, ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda aparılan islahatlar, sahə üzrə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat vermişdir. O, müzakirə olunan Universiada ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə sıx əməkdaşlığı nəticəsində iyirmi beş nəfərdən çox tələbə və şagirdin yaradıcı işlərinin Moskvaya göndərildiyini, bu layihənin ölkəmizdə perspektivli gənc ixtiraçıların müəyyən olunması, ixtiraçılığın inkişafına dəstək verilməsi baxımından böyük önəm daşıdığı qeyd etmiş, eyni zamanda cari ilin 4-5 mart tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) dəstəyi ilə Bakıda təşkil olunmuş “Patent hüququ Müqaviləsi"nə dair seminarda APT-nın təşkilatın nümayəndəsinin məruzəçi qismində iştirakına görə təşəkkürünü bildirmişdir.

Görüşdə Avrasiya Patent Konvensiyasına Sənaye nümunələrinin mühafizəsinə dair protokol layihəsinin hazırlanması məsələsi də müzakirə olunmuşdur. Qeyd olunmalıdır ki, Əqli Mülkiyyət Agentliyinin Protokola dair verdiyi bütün təkliflər tam olaraq layihəyə daxil edilmişdir. Protokol layihəsi artıq dövlətdaxili prosedurların keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuş və hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Protokol layihəsi cari ilin oktyabr ayında Nur-Sultan şəhərində keçiriləcək İnzibati Şurada və Diplomatik Konfransda son olaraq qəbul ediləcəkdir. Görüşün sonunda Azərbaycandan daxil olan iddia sənədlərinin statistikası ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Aprelin 22-də K.İmanov Rusiya Federasiyasının Əqi Mülkiyyət üzrə Federal Xidmətində (Rospatent) olmuşdur. Burada “Rospatnet”in nəzdində fəaliyyət göstərən Elmi-Texniki Kitabxanaya ekskursiya təşkil olunmuş, Azərbaycana aid olan unikal sənədlər, o cümlədən neft hasilatı sahəsində alınmış ilkpatentlər, SSRİ-də fəxri ixtiraçı adı almış alimlərimiz və digərləri barədə kitabxana arxivlərində saxlanılan sənədlər nümayiş etdirilmiş, kitabların və patent fondlarının saxlanma şəraiti haqqında məlumat verilmişdir. Agentliyin rəhbəri qarşı tərəfə ölkə başçısının müvafiq fərmanı ilə ölkəmizdə fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanının Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilməsi və burada aparılan yenilənmə işləri barədə məlumat vermiş, Rospatentin nəzdində fəaliyyət göstərən Kitabxanının təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra Rospatentin rəhbəri və məsul işçiləri ilə ikitərəfli görüşlər keçirilmişdir. Görüş zamanı fəxri qonaq qismində şəxsi dəvətə görə Q.İvliyevə minnətdarlığını bildirən K.İmanov qeyd etmişdir ki, ölkələrimiz arasında olan dostluq və strateji partnyorluq əlaqələrinin qurumlarası əməkdaşlığın əsas prinsiplərini müəyyən edir. O, ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, əldə olunmuş nailiyyətlər, dünyanın nüfuzlu reytinq təşkilatları tərəfindən də qeyd olunan uğurlarımız barədə məlumat vermiş, əqli mülkiyyət sahəsində cənab İlham Əliyevin apardığı instisional islahatları xüsusilə vurğulamışdır.

Azərbaycanda əqli mülkiyyət sahəsində vahid orqanın yaradılmasını çox böyük nailiyyət adlandıran Q.İvliyev Rusiyada bu təcrübənin öyrənilməsinin çox önəmli olduğunu bildirmişdir.

Görüşdə patent analitikası ətrafında geniş müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, 2016-cı ildən başlayaraq Rospatent tərəfindən Rusiyanın neft-qaz, nəqliyyat şirkətləri və bankları üçün araşdırmalar aparılmış, patent ladşaftları hazırlanmışdır. Azərbaycanda bu sahədə aparılan işlər barədə məlumat verən K.İmanov patent analitikasını yeni qurmuş bir qurum olaraq Rospatentin bu sahədə təcrübəsinin maraqlı olduğunu nəzərə çatdırmışdır.

Eyni zamanda iki qurum arasında imzalanması planlaşdırılan Anlaşma Memorandumu ətrafında fikir mübadiləsi aparılmış, həmin sənədin əməkdaşlığın sonrakı inkişafı istiqamətdə mühüm rol oynayacağı qeyd olunmuşdur. Rusiya tərəfinin nəzərinə çatdırılmışdır ki, sənəd layihəsi artıq dövlətdaxili prosedurları keçməsi üçün Nazirlər Kabinetinə göndərilmişdir. Sənədin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclaslarının birində imzalanmasının məqsədəuyğunluğu vurğulanmışdır.

Aprelin 23-24-də Moskvada “Rəqəmsal transformasiya: IP diqqət mərkəzində” mövzusunda II beynəlxalq konfrans keçirilmişdir. Tədbirin rəsmi açılışında Rospatentin rəhbəri Q.İvliyev və fəxri qonaq qismində MDB məkanından dəvət olunmuş K.İmanov nitq söyləmişdilər.

Q.İvliyev çıxışında rəqəmsal texnologiyaların vacibliyini, onların həyatımıza təsiri barədə danışmışdır. Sonra K.İmanov Azərbaycan və Rusiya dövlətləri və xalqları arasında uzun tarixə malik olan dostluq və strateji partnyorluğu qeyd edərək əqli mülkiyyətin, adət-ənənəlrin həyatımızdakı yeri, yaradıcılığın bəşəriyyətin inkişafındakı rolu barədə fikirlərini çatdırmışdır.

Konfransın plenar iclasında ÜƏMT-nin Baş direktorunun müavini Yoşiyuki Takaqi, Rusiya Federasiyasının Ədliyyə nazirinin müavini Denis Novak, Rusiyanın Ticarət-Sənaye Palatasının prezidenti Sergey Katırin, Rusiyanın Federasiya Şurasının Elm, təhsil və mədəniyyət üzrə komitəsinin sədr müavini Liliya Qumerova və Avrasiya Patent İdarəsinin prezidenti Saule Tlevlesova da çıxış etmişdilər.

Cənab Y.Takaqi ÜƏMT-nin Baş direktoru Dr. Frensis Qarrinin salamlarını konfrans iştirakçılarına çatdırmışdır. O, rəqəmsal transformasiyanın dünya çapında trendlərini açıqlayaraq günü-gündən artan məlumatlar və onların emal olunması problemləri, 4-cü sənaye inqilabı və sair məsələlərə, o cümlədən böyük həcmli məlumatların (Big Data) emalında suni zəkanın istifadə olunması perspektivlərinə toxunmuş, suni zəkanın patent ofislərində istifadəsi, patent ofislərinin beynəlxalq əməkdaşlığı, onların cəmiyyətə daha səmərəli və keyfiyyətli xidmətinin göstərilməsinin vacibliyni bildirmişdir.

Cənab D.Novak əqli mülkiyyətin qanunvericilik aspektlərinə toxunaraq on il öncə başlanmış qanunvercilik təşəbbüsləri barədə danışmış, Rusiya Federasiyasında əqli mülkiyyət sahəsinin kodifikasiya olunaraq Mülki Məcəllədə cəmləşdirilməsi ilə bağlı fikirlərini çatdırmışdır.

Xanım S.Tlevlesova 4-cü sənaye inqlabı, blokçeyn texnologiyalarının istifadəsi məsələlərinə toxunaraq milli patent idarələrinin bu prosesdə tutduğu xüsusi yerini qeyd etmiş, onları qeyd olunan inqilabın aparıcı qüvvəsi qismində çıxış etdiklərini bildirmişdir. O, hər il dünyada 7 milyondan artıq əmtəə nişanının, 3 milyondan çox patentin qeydiyyata alınmasını qeyd edərək, bu həcmdə məlumatların keyfiyyətlə idarə olunmasında texnologiyaların düzgün seçilməsinin vacibliyini, həmçinin dünya ölkələrində iddia sənədlərinə dair tələblərin eyniləşdirilməsinin əhəmiyyətini vurğulamışdır.

Cənab S.Katırin əqli mülkiyyət sahəsində investisiyaların vacibliyi barədə danışaraq qeyd etmişdir ki, bazar dəyəri baxımından sürətlə inkişaf edən iri şirkətlərin məhz informasiya texnologiyaları və onlayn ticarət sahəsində fəaliyyət göstərən şirkətlərdir və onların da vəsaitlərinin 90 faizi əqli mülkiyyətdir.

Xanım L.Qumerova çıxışında qanunvericilik təşəbbüsləri, rəqəmsallaşma istiqamətində görülən işlər və bu məsələnin artıq aktual çağırışa çevrilməsi barədə məlumat vermişdir.

Sonra K.İmanov tədbirdə məruzə ilə çıxış etmişdir. Azərbaycanın dərin və irimiqyaslı islahatlar ölkəsi olduğunu diqqətə çatdıran Agentliyin rəhbəri ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında aparılan islahatların əhalinin bütün təbəqələrini əhatə etdiyini, islahatlar nəticəsində maliyyə stabilliyi, qeyri-neft sektorunun inkişafına nail olunduğunu qeyd etmişdir. O, bildirmişdir ki, Dünya İqtisadi Forumunun Hesabatına görə ölkəmiz əqli mülkiyyətin qorunması indeksi üzrə 36-cı yerdədir, “Doing Business 2019” reytinqinə görə isə 190 ölkə sırasında 25-ci yeri tutur. İnstisional islahatlar nəticəsində əqli mülkiyyət sahəsində vahid qurum olan Əqli Mülkiyyət Agentliyi yaradılmış, bu qurumun fəaliyyəti əqli mülkiyyət sahəsində sinerji və emercent fəaliyyətinə zəmin yaratmışdır. Big Data və süni zəka məsələlərinə toxunan natiq süni zəkanın təkcə iri İP ofislərdə və böyük həcmli məlumatların emalı üçün deyil, həm də məlumat emalının keyfiyyətinin artırılması baxımından istifadə olunmasının məqsədəuyğunluğunu vurğulamış, bu istiqamətdə Agentlik tərəfindən süni zəkanın ekspertizada istifadə olunması məsələlərinin gündəmdə olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.

Tədbirin plenar sessiyasında Azərbaycanda aparılan instisional islahatar haqqında verilən məlumatlar tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanmışdır. Xanım S.Tlevlesova və cənab Q.İvliyev Azərbaycan təcrübəsinin region ölkələri tərəfindən qabaqcıl təcrübə olaraq öyrənilməli olduğunu qeyd etmişdilər. APİ-nin prezidenti Azərbaycannın MDB məkanında ilk Əqli Mülkiyyət Strategiyasını (müəllif hüquqları sahəsində) qəbul etmiş ölkə olduğunu bildirmişdir. Belə ki, Qırğızıstan istisna olmaqla, digər MDB ölkələrində hələ də bu strategiyalar qəbul olunmayıb. Onlar Azərbaycanı əqli mülkiyyət sahəsində lider dövlət adlandırmışdılar.

Plenar sessiya zamanı K.İmanov mövzu üzrə və Azərbaycanın təcrübəsi, eyni zamanda müəllif hüquqları və sənaye mülkiyyəti sahələrində kəsişən məsələlər və onların vahid qurum çərçivəsində emercent həllərinin üstünlüyü barədə verilən sualları cavablandırmışdır.

Plenar sessiya başa çatdıqdan sonra Rusiyanın nüfuzlu media qurumları, televiziya kanalları, qəzet və radio rəhbərləri üçün mətbuat konfransı təşkil olunmuşdur. Mətbuat konfransında verilən sualların əksəriyyəti ölkəmizdə aparılan islahatlara, xüsusən instisional islahatlara, eyni zamanda konfransın mövzusu üzrə ölkəmizin təcrübəsinə aid idi. Cənab Q.İvliyev qurumlar arasında imzalanacaq Anlaşma Memorandumunun əməkdaşlığı daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini qeyd etmiş, iki ölkə arasında olan dostluq və strateji əməkdaşlıqdan çox məmnun olduğunu diqqətə çatdırmışdır. Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznets isə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin bütövlükdə əqli mülkiyyət sahəsi ilə bağlı fəal siyasət yürütdüyünü, ölkəmizin birincilər sırasında əqli mülkiyyət strategiyasını qəbul etdiyini vurğulamış, rəqəmsal dövrdə həm ixtira müəlliflərinin qorunmasına, həm də müəlliflik hüququnun digər obyektlərinin qorunmasına yönəlmiş səylərin bir idarədə cəmləşdirilməsi çox vacib olduğunu, Əqli Mülkiyyət Agentliyində aparılan işləri bəyəndiyini və dəstəklədiyini bildirmişdir.

Qeyd edək ki, göstərilən beynəlxalq konfransda 20 ölkədən 800 nəfərdən artıq nümayəndə iştirak etmişdir. Tədbirdə patent informasiyası sahəsində rəqəmli platformaların yaradılması üçün yeni konseptual yanaşmalar, əqli mülkiyyət obyektlərinin qeydiyyatı və qorunması məsələlərinin həllinə yönəlmiş pilot layihələr, elmi-texniki inkişaf strategiyalarının müəyyən edilməsində patent analitikasının tətbiqi və sair məsələlər ətrafında geniş müzakirələr keçirilmişdir.

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×
Onlayn Konsultasiya-

Onlayn Konsultasiya

?