Çağrı Mərkəzi: 960
Bakı Slavyan Universitenin tələbələri Əqli Mülkiyyət Agentliyində istehsalat təcrübəsi keçiblər

Bakı Slavyan Universitenin tələbələri Əqli Mülkiyyət Agentliyində istehsalat təcrübəsi keçiblər

Son illər ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin Əqli Mülkiyyət Agentliyində istehsalat təcrübəsi keçməsi artıq bir ənənə halını almışdır. İstehsalat təcrübəsi çərçivəsində tələbələr əqli mülkiyyət sahəsi ilə bağlı biliklərini artırır, sahə ilə bağlı Agentliyin təşkil etdiyi maarifləndirmə tədbirlərində iştirak edirlər.

Cari ilin fevral-may aylarında Bakı Slavyan Universitenin “Tərcümə” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Agentlikdə istehsalat təcrübəsi keçmişlər. Onlar Agentlikdə “Beynəlxalq əlaqələr və informasiya”,“Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası” və “Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr” şöbələrində təcrübə keçmişlər. Tələbələr müəllif-hüquq obyektlərinin və sənaye mülkiyyəti obyektlərinin qeydiyyata alınmasıvə dövlət reyestrinəsalınması, əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlıq və sair istiqamətlərdə aparılan işlərlə həmçinin müvafiq şöbələrə daxil olmuş sənədlərin icrası və Agentliyin fəaliyyət sahəsi ilə bağlı görülən digər işlərlə tanış olmuşlar.

İstehsalat təcrübəsinin yekununda Agentlikdə tələbələrin iştirakı ilə tədbir keçirilmiş və təcrübə rəhbərbərləri tələbələrin fəallığını qeyd etmiş, onların gələcəkdə yaxşı mütəxəssis olacaqlarına inam hissini ifadə etmişlər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×