Qaynar xətt: 960
​Bakıda Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir

​Bakıda Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etmişdilər.

Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləmişdilər.

Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin keçidi olmuş, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmiş, döyüş təyyarələrinin və helikopterlərin uçuşu baş tutmuşdur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunmuşdur.

Zəfər paradı 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı adı ilə Vətən müharibəsindəki Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirmişdir.

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Yaşasın müzəffər Azərbaycan Ordusu!

Yaşasın sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!


Sənədlərin ONLAYN qəbulu PƏNAHstartup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×