Çağrı Mərkəzi: 960
Dünya İqtisadi Forumunun 2019-cu il üçün nəşr olunan “Qlobal Rəqabətlilik İndeksi” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin şərhi

Dünya İqtisadi Forumunun 2019-cu il üçün nəşr olunan  “Qlobal Rəqabətlilik İndeksi” ilə əlaqədar olaraq  Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin şərhi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir, biznes mühitinin əlverişliliyi təmin edilir. Azərbaycandakı bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən də izlənilir və yüksək dəyərləndirilir.

Bu mənada Dünya İqtisadi Forumu tərəfindən bu günlərdə nəşr edilmiş "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatı diqqətə layiqdir. Belə ki, həmin hesabatda Azərbaycan ötən ilki göstəricidən 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB iştirakçıları arasında yüksək nəticələr əldə edib.

Hesabatda yer alan istiqamətlərdən biri də əqli mülkiyyətin qorunması sahəsidir və ölkəmizin bu sahə üzrə göstəriciləri olduqca müsbət sayıla bilər. Belə ki, “İnstitutlar” indikatorunun “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə Azərbaycan 70,4 bal ilə 30-cu yerdə qərarlaşıb. Bu indikator üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini də geridə qoyub. Ölkəmiz Ermənistandan - 35, Gürcüstandan isə 64 pillə irəlidə qərarlaşaraq, Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün bildirək ki, burada Rusiya Federasiyası 90-cı, Ukrayna isə - 118-ci yerdədir.

Onu da qeyd edək ki, "Qlobal Rəqabətlilik İndeksi”nin son beş ilin nəşrlərinə görə, Azərbaycanın “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə göstəriciləri (2015-ci ildə - 92-ci yer, 2016-cı ildə - 71-ci yer, 2017-cı ildə - 37-ci yer, 2018-cı ildə isə 36-cı yer) yüksələn xətt üzrə dəyişib.

Nəzərə alınmalıdır ki, əqli mülkiyyətin qorunmasının səviyyəsi ölkəyə xarici investisiyaların cəlb olunması ilə sıx əlaqəlidir.

“İnnovasiya” göstəricisi də müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir. Hesabatın “Patent ərizələri” sub-indeksi üzrə Azərbaycanın reytinqi yüksəlib və bu, ölkəmizin “İnnovasiya” indeksi üzrə ötən ilki göstəricidən 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşmasına səbəb olub.

Bütün bunlar dövlət başçısının rəhbərliyi altında ölkədə aparılan davamlı və səriştəli uzaqgörən iqtisadi islahatların verdiyi bəhrədir. Bu islahatlar, o cümlədəndüşünülmüş institusional dəyişikliklər nəticəsində həmçinin əqli mülkiyyət sahəsinin inkişafı təmin edilmiş, sahə üzrə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×