Çağrı Mərkəzi: 960
“Gələcəyə baxış” Avrasiya Patent Universiadası

“Gələcəyə baxış” Avrasiya Patent Universiadası


“Gələcəyə baxış” Avrasiya Patent Universiadası (bundan sonra- universiada) istedadlı gənclərə dəstək və onların əqli mülkiyyət məsələlərinə marağının artırılması məqsədilə keçirilir.

Universiada 1 yanvar - 9 sentyabr 2019-cu il tarixlərində keçirilir.

Universiadada iştirak üçün orta ümumi, orta peşə, ali təhsil proqramlarını həyata keçirən təhsil müəssisələrinin tələbələri, həmçinin 10-25 yaşlı digər maraqlanan şəxslər də dəvət olunur.

Universiada iki yaş kateqoriyası üzrə yaradıcı işlər və ya layihələr müsabiqəsi şəklində aşağıdakı mövzular üzrə keçirilir:

  • 1-ci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) – “Nağıldan həyata: qəribə həllər”;
  • 2-ci yaş kateqoriyası (18 yaşdan - 25 yaş daxil olmaqla) – “Gələcək gənclərin gözü ilə: ideyadan patentə qədər”.

Yaradıcı iş və ya yaradıcı layihə həm bir iştirakçı, həm də iştirakçıların kollektivi tərəfindən, müstəqil və ya elmi rəhbərlik altında hazırlana bilər.

Yaradıcı işlər (yaradıcı layihələr) kağiz formada universiadada iştirak etmək barədə ərizə ilə birlikdə 1 yanvar - 30 aprel tarixlərində Avrasiya Patent İdarəsinə göndərilir.

Universiadanın iştirakçısı (iştirakçıların kollektivi) tərəfindən cari ildə yalnız bir yaradıcı iş və ya yaradıcı layihə təqdim oluna bilər.

Universiadanın qaliblərinin əsas mükafatı Avrasiya Patent İdarəsinin Moskva şəhərində yerləşən qərargahına tanışlıq səfəri olacaqdır. Universiada qalibləri həmçinin Avrasiya Patent İdarəsinin “Gələcəyə baxış” medalı və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.

Universiada haqqında ətraflı məlumat Avrasiya Patent İdarəsinin internet səhifəsində yerləşdirilmişdir: www.eapo.org

11.01.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×