Çağrı Mərkəzi: 960
​Hörmətli media nümayəndələri!

​Hörmətli media nümayəndələri!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi

münasibətilə təbrik edirik!

1875-ci il iyulun 22-də Azərbaycan xaqının görkəmli maarifçisi Həsən bəy Zərdabi tərəfindən ana dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşmüşdür. Sonrakı dövrlərdə milli mətbuatımız şərəfli və zəngin inkişaf yolu keçmişdir.

Bu gün ölkəmizdə müstəqil, dürüst, xalqımızın milli maraqlarını rəhbər tutan kütləvi informasiya vasitələinin inkişafı prioritet vəzifələrdən biri kimi daim dövlətimizin diqqət mərkəzində saxlanılır və onların fəaliyyətinə hər cür qayğı göstərilir.

Dövlət başçısı cənab İlham Əliyevin 2020-ci il 30 iyun tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yeri və müasir cəmiyyət quruculuğu prosesində rolu nəzərə alınaraq Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunur.

Əqli Mülkiyyət Agentliyi həmişə kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir, ölkəmizdə yaradıcılığın, innovasiyaların və mədəni irsin təbliği və qorunması işində media qurumların fəaiyyətini yüksək dəyərləndirir.

Bu əlamətdar tarix münasibətilə bir daha hər birinizi təbrik edir, peşəkar fəaliyyətinizdə vicdanlı və ədalətli olmağınızı arzulayırıq.

22 iyul – Milli Mətbuat Gününüz mübarək olsun!

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×