Çağrı Mərkəzi: 960
Moskva şəhərində sənaye nümunələrinin qorunması məsələləri müzakirə olunub

Moskva şəhərində sənaye nümunələrinin qorunması məsələləri müzakirə olunub

10-11 dekabr 2018-ci il tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT) çərçivəsində sənaye nümunələrinin qorunması sisteminin yaradılması üzrə işçi qrupunun 4-cü iclası keçirilib. APT-nin İnzibati Şurasının tapşırığı ilə keçirilən toplantıya Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın nümayəndələri qatılıb.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Emil Məmmədov da iclasda iştirak edib.

Toplantıda APT çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddətinin azaldılması məsələsi və bir sıra digər dəyişikliklər müzakirə edilib və razılaşdırılıb. İşçi qrupunun qərarı ilə dəyişikliklərlə birlikdə razılaşdırılmış sənaye nümunələrinin qorunmasına dair Protokol dövlətdaxili prosedurların aparılması üçün APT üzv-ölkələrinə göndərilməsi tövsiyə olunub.

20.12.2018


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×