Qaynar xətt: 960
Müəllif hüquqlarının qeydiyyatı əsərə hüquqların əsas təsdiqi kimi qalır

Müəllif hüquqlarının qeydiyyatı əsərə hüquqların əsas təsdiqi kimi qalır

Bunu bir daha bu yaxınlarda Rusiya Federasiyasının Ulyanovsk şəhərində məhkəmənin çıxardığı qərar təsdiq etmişdir. Belə ki, bu şəhərin rayon məhkəmələrin birinə fotoqrafiya əsərinə müəllifliyini təsdiq etmə iddiası ilə müraciət etmiş fotoqraf məhkəmənin qərarından pərişan olub: məhkəmə fotoqrafa özünün müəllifliyini təsdiq edən əsaslı dəlillər gətirə bilmədiyini göstərməklə bərabər, xüsusi olaraq əsərin müəllifli olmasını müvafiq qaydada fotoqraf tərəfindən qeydiyyata aldırmamasını qeyd edərək, iddianı rədd edib.

Baxmayaraq ki, Rusiyada, Azərbaycanda da olduğu kimi, əsərə müəllifliyin qeydiyyatı könüllüdür və əsərin qorunması heç bir məcburi rəsmiləşdirməni tələb etmir, məhkəmə praktikası onu göstərir ki, aidiyyəti qurumda əsərə müəllifliyi qeydiyyatdan keçirmə əksər hallarda məhz bunu edən tərəfin məhkəmə tərəfindən müəllif kimi tanınması ilə bitir.

Azərbaycan Respublikasının qanunvericiliyi əsərin qeydiyyatı barədə şəhadətnaməni müəllifin prezumpsiyası kimi tanıyır. Yəni, digər bir şəxs həmin əsərin müəllifi olması barədə iddia qaldırdıqda, o, bunu təsdiq edə biləcək əsaslı sübutlar təqdim etməlidir. Əks halda əsəri qeydiyyatdan keçirmiş şəxs onun müəllifi kimi qəbul olunur.

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against Azerbaijan
Search×
Onlayn Konsultasiya-

Onlayn Konsultasiya

?