Qaynar xətt: 960
Nur-Sultan şəhərində Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclası keçirilib

Nur-Sultan şəhərində Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclası keçirilib

2019-cu il 10-11 sentyabr tarixlərində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Avrasiya Patent Təşkilatı (APT) İnzibati Şurasının otuz beşinci iclası keçirilib. Tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov təmsil edib.

İclasda çıxış edən Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Saule Tlevlesova təşkilatın 2018-ci ildəki fəaliyyəti haqqında danışaraq, Avrasiya patenti üçün müraciətlərinin sayında 5.6% artımın olması, APT-nın beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər, APİ-nin İT infrastrukturunun inkişafı haqqında məlumat verib.

İnzibati Şuranın toplantısının nəticələrinə əsasən, APT-nın 2018-ci il üçün illik hesabatını qəbul edilib, təşkilatın “Ehtiyat Fondunun formalaşdırılması və xərclənməsi Qaydaları”na dəyişiklik və əlavələr edilib, APİ iləAvropa İttifaqının Əqli Mülkiyyət İdarəsi arasında ikitərəfli əməkdaşlıq məsələləri haqqında Anlaşma Memorandumununun imzalanması razılaşdırılıb, “APT-da uzunmüddətli təcrübə keçməhaqqında Əsasnamə” təsdiqlənib. Əldə olunmuş razılaşmalar əsasında ölkəmizin nümayəndələri APİ-nin bazası əsasında daha çox təcrübə keçmə və ixtisasartırma kurslarında iştirak ədəcək. Əsasnamə 2020-ci il 1 yanvar tarixindən qüvvədə olacaq.

Tədbirdə “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfransın nəticələri müzakirə edilib. Xanım S.Tlevlessova sənaye nümunələrinin mühafizəsi üzrə vahid Avrasiya sisteminin yaradılmasındakı dəstəklərinə görə iclasda iştirak edən nümayəndə heyətlərinə təşəkkürünü bildirib.

Eyni zamanda, iclasda “Patent kooperasiyası haqqında» Müqavilə (PCT) çərçivəsində təşkilatın funksiyalarının genişləndirməsi məsələsi müzakirə edilərək Avrasiya Patent Konvensiyasının 20-ci maddəsinə əsasən, PCT-də nəzərdə tutulmuş prosedurlara uyğun olaraq APİ-nə beynəlxalq axtarış orqanı və beynəlxalq ilkin ekspertiza orqanı statusunun alınması üçün müraciət edilməsi səlahiyyətini verilib.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×