Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) nümayəndələri ilə görüş keçirilib

Əqli Mülkiyyət Agentliyində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov BMT-nin Avropa üzrə iqtisadi Komissiyasının (UNECE) nümayəndələri - İqtisadi əməkdaşlıq və ticarət şöbəsinin əməkdaşı cənab Yakob Fekser və siyasi analitik Dmitri Plexanovu qəbul edib.

Qonaqları salamlayan K.İmanov ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar, o cümlədən əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatları vurğulayaraq Dünya Bankının «Doing Business - 2019» hesabatında Azərbaycanın dünyanın 10 ən islahatçı dövlətlər sırasında olduğunu və Dünya İqtisadi Forumunun Hesabatına görə ölkəmizin əqli mülkiyyətin qorunması indeksi üzrə dünya üzrə 36-cı yerdə olduğunu bildirib. Sədr həmçinin vurğulayıb ki, ölkə başçı tərəfindən innovativ inkişafa yüksək diqqət yetirilir və bu baxımdan innovativ inkişafın ölkə üzrə koordinasiya olunması üçün Prezident Administrasiyasında xüsusi şöbə yaradılmışdır.

Qəbul üçün təşəkkür edən Y.Fekser UNECE tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada həyata keçirilən innovasiya siyasəti üzrə araşdırmanın aparılması barəsində məlumat verib. O, İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (Sida) maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin məqsədinin adıçəkilən ölkələrdə innovasiya sahəsində zəif və güclü tərəflərin üzə çıxarılması, innovasiya siyasəti, innovasiya institutları və innovasiya proseslərini yaxşılaşdırmaq və rəqabətqabiliyyətliliyin artırılması olduğunu bildirib, bu məqsədlə layihə çərçivəsində müəyyən sorğu anketləri əsasında araşdırmanın aparılacağını diqqətə çatdırıb, Azərbaycanda kreativ iqtisadiyyatın vəziyyəti, innovasiya siyasəti alətlərindən istifadə edilməsi ilə maraqlanıb.

K.İmanov Agentlik tərəfindən əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Agentliyin rəhbəri artıq bir sıra universitet və elmi-tədqiqat institutlarında texnologiyaların transferi və kommersiyalaşma mərkəzlərinin, o cümlədən texnologiya və innovasiyalara dəstək mərkəzlərinin yaradılması işlərinə başlanıldığını vurğulayıb, bu sahədə maarifləndirmə işlərinin aparıldığını bildirib. Ölkəmizdə müəllif-hüquq obyektlərini könüllü qeydiyyatının aparıldığını qeyd edən K.İmanov bunun hüquqların təminatı prosesində əlavə imkanlar yaratdığını və məhkəmələrdə qeydiyyatdan keçən əsərlər üçün müəlliflik prezumpsiyası kimi çıxış etdiyini vurğulayıb.

Görüşdə patent aktivliyi, patent sahibləri üçün yaradılan şərait və sair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×