Qaynar xətt: 960
​Əqli Mülkiyyət Agentliyində iddia sənədlərinin ekspertizasının icra vəziyyəti müzakirə edilib

​Əqli Mülkiyyət Agentliyində iddia sənədlərinin ekspertizasının icra vəziyyəti müzakirə edilib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun sədrliyi ilə Agentliyin geniş tərkibli iclası keçirilib. Toplantıda ləğv edilmiş Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindəki Patent və Əmtəə Nişanları Mərkəzinə 2016-cı ildən 2018-ci il avqustun 1-dək (Əqli Mülkiyyət Agentliyinin fəaliyyətə başlamasından əvvəl olan dövr) daxil olan ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş prosedurların icra vəziyyəti geniş müzakirə edilib, Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə 2016-2018-ci illərdə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası sahəsində qanunvericiliklə müəyyən edilmiş prosedurların icra vəziyyətinin yoxlanılması üzrə yaradılmış Komissiyanın hesabatı dinlənilib.

Komissiyanın məlumatında bildirilib ki, 2018-ci il avqustun 1-dək Patent və Əmtəə Nişanları Mərkəzinə ixtiralar üzrə 532, faydalı modellər üzrə 96, sənaye nümunələri üzrə 120, əmtəə nişanları üzrə 5398, coğrafi göstəricilər üzrə isə 32 iddia iddia sənədi daxil olmuşdur. İddia sənədlərinin icra vəziyyətinin təhlili zamanı sənaye mülkiyyətinin ayrı-ayrı növlərinin qeydiyyata alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin bir hissəsinin icrasının vaxtında başa çatdırılmadığı, o cümlədən iddia sənədlərinin dərcində ləngimələrə yol verildiyi müəyyən edilmişdir. Komissiyanın rəyinə görə, yol verilmiş nöqsanların səbəbləri icraya zəif nəzarət və iş bölgüsünün düzgün aparılmaması olmuşdur.

İclasda qeyd edilən müddətdə iddia sənədlərinin ekspertizasına dair məlumatların “Sənaye mülkiyyəti” bülletenində dərci sahəsində görülmüş işlər, o cümlədən sənədlərin icrası prosesindəki ləngimələrin səbəbləri müzakirə edilib.

Toplantının sonunda Agentliyin İdarə Heyətinin sədri icraya nəzarətin gücləndirilməsi, vətəndaşlara xidmət keyfiyyətinin artırılması, işlərin sürətləndirilməsi üzrə konkret tapşırıqlar verib, araşdırmalar tam başa çatdıqdan sonra nəticələrdən asılı olaraq əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tətbiq olunacağını xüsusi vurğulayıb.

07.02.2019

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×
Onlayn Konsultasiya-

Onlayn Konsultasiya

?