Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində İrlandiyalı ekspertlə görüş keçirilib

Əqli Mülkiyyət Agentliyində İrlandiyalı ekspertlə görüş keçirilib

Mayın 30-da Əqli Mülkiyyət Agentliyində Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” Layihəsinin qısamüddətli eksperti cənab Cim Rayn ilə görüş keçirilib.

Agentliyin Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsinin müdiri Aydın Hüseynov ölkəmizdə əqli mülkiyyət sahəsində aparılan geniş islahatlar, həmçinin Agentliyin ölkəmizin müxtəlif universitet və elmi tədqiqat institutları ilə əməkdaşlığı, universitetlərlə istehsal sahələri arasında biliklərin və texnologiya transferi kanalları barədə məlumat verib. O, artıq bir sıra ali təhsil müəssisələrində texnologiyaların transferi və kommersiyalaşma mərkəzlərinin və texnologiya və innovasiyalara dəstək mərkəzlərinin yaradılması işlərinə başlanıldığını vurğulayıb, bu sahədə maarifləndirmə işlərinin aparıldığını bildirib.

Qəbul üçün təşəkkürünü bildirən C.Rayn “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsinin Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirildiyini və layihənin əsas məqsədlərinin ali təhsil sistemində müxtəlif tədqiqat, ixtira və innovasiyalara dəstək verilməsi üçün rəqabətqabiliyyətli tədqiqat mexanizmlərinin formalaşdırılmasında institusional imkanların gücləndirilməsi olduğunu diqqətə çatdırıb. O, layihənin icrası çərçivəsində Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarə olunması üçün geniş imkanların yaradılması, tədqiqatların maliyyələşdirilməsində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması üzrə müxtəlif tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Qonaq Avropa İttifaqının texnologiya transferi sahəsində həyata keçirilən müxtəlif layihələri, o cümlədən elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə “Horizon 2020” proqramı haqqında məlumat verib.

Görüşdə Agentlik və “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” Layihəsi arasında gələcək əməkdaşlıq imkanları da müzakirə edilib.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×