Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyində universitet və elmi-tədqiqat institutlarının nümayəndələri ilə görüş keçirilib

Əqli Mülkiyyət Agentliyində universitet və elmi-tədqiqat institutlarının nümayəndələri ilə görüş keçirilib

31 may 2019-cu il tarixində Əqli Mülkiyyət Agentliyində universitet və elmi-tədqiqat institutlarının nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Milli Aviasiya Akademiyası və ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun nümayəndələri iştirak edib.

Görüş iştirakçılarını salamlayan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyyətinin üzvü Sənan Tapdıqov Agentliyin fəaliyyəti haqqında məlumat verib, universitetlər və elmi-tədqiqat institutlarında Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin (TİDM) yaradılması üzrə müvafiq tədbirlər görüldüyünü bildirib. O, qeyd edib ki, TİDM-lərin Universitet və ya elmi-təqdiqat institutları ilə Agentlik arasında bağlanacaq razılaşma əsasında vəÜmumünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) dəstəyi ilə yaradılması planlaşdırılır.

Sonra “Azərbaycanda Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin Yaradılması” adlı məruzə ilə Agentliyin “Texnologiya transferi və kommersiyalaşmaya dəstək” şöbəsinin müdiri Aydın Hüseynov çıxış edib. Məruzədə ÜƏMT-nın TİDM-lərin ilk mərhələdə milli, sonra isə regional şəbəkələrinin yaradılması layihəsi, təlim və bacarıqların artırılması sahəsindətəklif olunan dəstəyi, e-TİDM-lərin xidmətləri, mərkəzlərin yerləşdirilməsi və digər əlaqəli məsələlər haqqında ətraflı məlumat verilib.

Görüşün sonunda mövzu ətrafında müzakirə keçirilib və suallar cavablandırılıb.

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×