Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

​Əqli Mülkiyyət Agentliyinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

Bu gün xalqımızın qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür. 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli səhifəsidir.

Faciənin ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin Aparatının və tabeliyindəki qurumların kollektivi Şəhidlər Xiybanını ziyarət edib, şəhidlərin qəbirləri önünə təzə-tər qərənfillər düzülüb, ruhları ehtiramla anılıb.

Qeyd edək ki, SSRİ-nin o zamankı rəhbərliyi xalqımızın istiqlaliyyət, suverenlik və azadlıq istəyini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya sovet qoşun hissələrini yeritmiş, mülki əhaliyə qarşı qırğın törədilmiş, nəticədə 147 Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs edilmişdir. Lakin sovet rəhbərliyinin xalqımızın iradəsini sındırmaq cəhdi baş tutmamış, tezliklə Azərbaycan öz müstəqilliyini qazanmışdır.

Həmin hadisələr zamanı həlak olan şəhidlərimiz Azərbaycanın tarixinə parlaq səhifə yazıblar və xalqımız tərəfindən daim ehtiramla yad olunacaqlar.

20.01.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×