Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Budapeşt şəhərində keçirilmiş müəllif-hüquq məsələlərinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmişdir

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Budapeşt şəhərində keçirilmiş müəllif-hüquq məsələlərinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmişdir

Müəlliflər və Bəstəkarlar Təşkilatlarının Beynəlxalq Konfederasiyasının (CISAC) Avropa Regional Ofisi tərəfindən 2018-ci il 11-12 dekabr tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində müəlliflərin əmlak hüquqlarının kollektiv idarə edilməsi üzrə hüquqi məsələlərə həsr olunmuş seminar keçirilmişdir. Tədbirə müxtəlif ölkələrdən olan 70-dən artıq nümayəndə qatılmışdır.

Seminarda Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev də iştirak etmişdir.

Tədbirin gündəliyinə əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün istifadəsi və reprosurətçıxarma, onun əhəmiyyəti, Avropada bu istiqamətdə hüquqi inkişaf, qeyd olunan sahələrdə qarşılıqlı dialoqların yaranmasına kömək göstərilməsi, əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün istifadəsi və reprosurətçıxarma üzrə qabaqcıl metodlarının təşviqi, bu sahələrdə yığılan qonorarın müəlliflər üçün əsas gəlir mənbələrindən birinə çevrilməsi, şəxsi məqsədlər üçün surətçıxarma ilə bağlı qlobal tədqiqatların nəticələri və s. məsələlər daxil edilmişdir.

Müzakirələr zamanı Agentliyin nümayəndəsi tərəfindən ölkəmizdə son vaxtlar əqli mülkiyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən instutisional islahatlar, habelə əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün istifadəsi və reprosurətçıxarma ilə bağlı normativ hüquqi aktlar barədə geniş məlumat verilmiş, bu sahədə işlərin təşklində kollektiv idarəetmə təşkilatlarının fəaliyyətinə dəstək verildiyi qeyd olunmuş, belə tədbirlərin göstərilən sahələrdə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından çox faydalı olduğu vurğulanmışdır.

17.12.2018

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×