Qaynar xətt: 960
​Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

​Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 101-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kitabxananın direktoru Kərim Ələkbərli bayram münasibətilə kollektivi təbrik edib və bu günün əhəmiyyəti haqqında məlumat verib.
Tədbirdə direktor müavini Azadə Orucova, Xidmət və kütləvi işlər şöbəsinin müdiri Amalya Qənbərova, Məlumat-biblioqrafiya şöbəsinin müdiri Gülpəri Əkbərova, həmin şöbənin kitabxanaçısı Nərminə Əsgərova və Zəminə Məmmədzadə çıxış ediblər. Çıxış edənlər 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin türk və İslam dünyasında ilk parlamentli, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu, lakin yaradılmasından 23 ay keçəndən sonra – 1920-ci il aprelin 28-də rus-bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulduğunu bildiriblər.

Çıxışlarda qeyd olunub ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edilmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunmuşdur. 1993- cü ilin may- iyun aylarında hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlmiş və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoymuşdur.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969- cu ildən - dahi rəhbərin hakimiyyətə gəldiyi vaxtdan götürmüşdür. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanmışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi əbədi yaşadacaq.

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×