Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının geniş tərkibdə iclası keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının geniş tərkibdə iclası keçirilib

16 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərliyi ilə Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) kollektivinin geniş tərkibdə iclası keçirilib.

İclas əsas etibarı ilə ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Fərmanına, o cümlədən kitabxana işinin təşkili və yeni çağırışlar barədə məlumatların verilməsinə həsr olunub.

Tədbirdə çıxış edən K.İmanov ölkə başçısının rəhbərliyi və şəxsi təşəbbüsü ilə son illərdə aparılan iqtisadi, inzibati və institusional islahatların Azərbaycanın dinamik və hərtərəfli inkişafına səbəb olduğunu vurğulayıb. Sədr Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın irəliləyərək reformator ölkələr arasında 25-ci yerə keçməsini məhz bu siyasətin və əldə olunmuş uğurların nəticələri olduğunu xüsusi ilə qeyd edib.

Müzakirələr zamanı bu uğurlu institusional islahatların gedişatında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və Respublika Elmi-Texniki Kitabxanasının Agentliyin tabeliyinə verilməsindən sonra RETK-də aparılmış işlərə, eyni zamanda RETK-in inkişafı istiqamətində atılacaq addımlara və qarşıda duran məsələlərə də toxunulub.

16.01.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×