Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri arasında tərkibində əqli mülkiyyət hüququ olan malların idxalı zamanı əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Əqli Mülkiyyət Agentliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri arasında tərkibində əqli mülkiyyət hüququ olan malların idxalı zamanı əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 21-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətnin üzvü Sənan Tapdıqovla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov arasında Dövlət Gömrük Komitəsində görüş keçirilib.

S.Tapdıqov cari ilin 17 may tarixində Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclasında əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı məsələlərin də müzakirə edildiyini,Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) və onun üzv şirkətlərinin əqli mülkiyyət hüquqlarına hörmət etməyi və onu qorumağı, həmçinin, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması və tətbiqinin yaxşılaşdırılması üçün öhdəlik götürməsi ilə bağlı bəyanatı haqqında məlumat verdi. O, daha sonra ölkəmizdə ölkə başçısının rəhbərliyi ilə əqli mülkiyyət sahəsində aparılan islahatlardan, qanunvericilik bazasının müasir tələblər və inkişaf meylləri nəzərə alınmaqla daha da təkmilləşdirilməsindən danışıb və Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatında əldə olunmuş uğurlara görə 2006-cı ildə ABŞ-ın Ticarət Nümayəndəliyi Ofisinin “Xüsusi 301-ci Xüsusi Hesabatıının qara siyahısından problemsiz ölkə kimi çıxarıldığını qeyd edib və bildirdi ki, bu məsələlər hər zaman nəzarətdədir və ilbəil izlənilir.

Vurğulanıb ki, Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən əqli mülkiyyət hüquqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirilir. Bu görüş və müzakirə olunan məsələlər məhz bu istiqamətdə aparılan işlərin bir hissəsidir. Bu baxımdan, son zamanlar aktual məsələlərdən olan qanunsuz ticarət, paralel import və kontrafakt malların idxalı məsələlərinə toxunulub, bu barədə “AmCham Azerbaijan” tərəfindən tərtib olunmuş “Ağ sənəd 2018”də (White Paper 2018) qeyd edilənlər, eləcə də 2019-cu il 24 may tarixində “AmCham Azerbaijan”ın nümayəndələri ilə Əqli Mülkiyyət Agentliyindəki görüş barədə məlumat verilib. S.Tapdıqov son zamanlar “boz” bazar mallarının ölkə ərazisinə idxalından müəyyən sahibkarların narahatlıq keçirdiyini və bu mallarının idxalına qadağa qoyulduğu təqdirdə süni rəqabətə yol açılacağını bildirib və məsələnin həlli üçün iki qurumun birgə təşkilatçılığı ilə silsilə görüşlərin keçirilməsinin və məlumatlandırma işinin aparılmasının mühüm əhəmiyyət daşıyacağına inamını ifadə edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov da öz növbəsində təşəkkürünü bildirərək ilk növbədə Agentliklə Gömrük Komitəsi arasında sıx əməkdaşlıqdan danışıb, Agentlik tərəfindən əqli mülkiyyətlə bağlı məsələlərdə yaxından iştirak etdiyini və bununla bağlı öz məmnunluğunu ifadə edib.

C.Qasımov eyni zamanda məsələ barədə məlumatlı olmasını, kontrafakt mallarla mübarizə məqsədilə 50-yə yaxın şirkətin artıq Gömrük Komitəsinin nəzdində olan reyestrə düşdüyünu bildirərək məsələnin Komitənin və dövlətin nəzarətində olmasını vurğulayıb. O, zəncirdə 3 tərəfin - istehsalçı, distributor və istehlakçının olmasını qeyd edərək, bu işdə təkcə Gömrük Komitəsi yox, həm də istehsalçıların müəyyən iş aparmasının vacibliyini qeyd edib və Agentliyin əməkdaşlıq çərçivəsində silsilə görüş və tədbirlərin keçirilməsi təklifini dəstəkləyərək, iki qurum arasında gələcək birgə fəaliyyət niyyətini əks etdirən Anlaşma Memorandumunun imzalanmasının ümumi işə kömək edəcəyini bildirib.

Sonda S.Tapdıqov ölkə ərazisinə idxal olunan mallara qanunvericiliyə uyğun olaraq nəzarət markalarının vurulması məsələsi istiqamətində də iki qurumun iş aparılmasının istehlakçılarının hüquqlarının qorunması istiqamətində böyük rol olacağını və görüşün təşkilinin və gələcəkdə keçiriləcək silsilə görüş və tədbirlərin əqli mülkiyyət hüquqlarının təminatı işində müsbət təsir göstərəcəyini vurğulayıb.

Məsələlərin işçi qaydada həll olunmasında davam etdirilməsi, həmçinin birgə olaraq sahibkarlarla maarifləndirmə işin apaprılmasına qərar verilib.

Görüşdə Agentlik tərəfindən Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov və həmin şöbənin müdirinin müavini-sektor müdiri Faiq Əlizadə və Gömrük Komitəsi tərəfindən Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov,Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi Ceyhun Nəcəfli, Ticarətin Asanlaşdırılması İdarəsinin Beynəlxalq Ticarətə Dəstək şöbəsinin rəisi Rövşən Namazov və Ticarətin Asanlaşdırılması İdarəsinin Xarici Ticarət İştirakçıları ilə iş şöbəsinin inspektoru Arzu Həsənova iştirak ediblər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×