Çağrı Mərkəzi: 960
Respublika Elmi-Texniki Kitabxanasında Beynəlxalq Ana Dili Günü qeyd edilib

Respublika Elmi-Texniki Kitabxanasında  Beynəlxalq Ana Dili Günü qeyd edilib

21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında “Dilimiz-qürur mənbəyimizdir!” mövzusunda tədbir keçirilibr.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Ələkbərli kitabxananın fondunda toplanmış çoxlusayda həm kiril, həm də latın qrafikası ilə nəşr olunmuş kitablara toxunaraq ana dilində olan ədəbiyyatın genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev Azərbaycan dilinin tarixi və keçdiyi inkişaf yoluna toxunaraq səyahətçilərin, alimlərin, şair və yazıçıların Azərbaycan dilinin üstünlükləri barədə fikirlərini misal çəkib, xüsusən XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan dilinin Qafqazda və Mərkəzi Asiyada ümumi ünsiyyət vasitəsi kimi işləndiyini qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin hələ Sovet dönəmində və müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövrdə Azərbaycan dilinin saflığının qorunub saxlanması və inkişafı üçün gördüyü miqyasagəlməz işlərini xatırladaraq hazırda da həmin məsələlərin dövlət başçımızın daim diqqətində olduğunu vurğulayıb.

Kitabxananın kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova dərin köklərə malik Ana dilimiz - Azərbaycan dilinin inkişaf mərhələlərindən söz açıb.

Çıxış edənlər Azərbaycan dilinin qaynaq mənbəyi, mədəni sərvətimiz olan Azərbaycan folkloru, Azərbaycanın siyasi- ictimai xadimlərinin, elm və sənət adamlarının Ana dilinin inkişafı və qorunmasındakı fəaliyyəti haqqında məlumat veriblər.

Tədbirdə “Ümummilli lider Heydər Əliyev və Ana dili” mövzusunda video-slayd da nümayiş olunub.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×