Qaynar xətt: 960
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni Baş Direktoru vəzifəsinə namizəd haqqında qərar qəbul edilib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni Baş Direktoru vəzifəsinə namizəd haqqında qərar qəbul edilib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Koordinasiya Komitəsinin 2020-ci il 4 mart tarixli toplantısında Sinqapurun Əqli Mülkiyyət İdarəsinin rəhbəri cənab Daren Tang ÜƏMT-nin yeni Baş direktoru vəzifəsinə namizəd kimi irəli sürülüb.

Bu barədə ÜƏMT-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ÜƏMT-nın Baş direktorunun seçilməsi prosesi “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında Konvensiya” və 2019-cu ilin oktyabrında qəbul edilmiş "ÜƏMT Baş direktorunun irəli sürülməsi və təyin olunması Qaydaları" ilə tənzimlənir.

Koordinasiya Komitəsində keçirilmiş səsvermədə altı dövlətin namizədi var idi. Səsvermənin ilk turundan əvvəl Qazaxıstanın nümayəndəsi namizədliyini geri götürüb. Birinci turdan sonra ən az səs toplayan Perunun namizədi siyahdan çıxarılmış, Kolumbiya və Qanadan olan digər iki namizəd isə səsvermənin ikinci turu ərəfəsində namizədliklərini geri götürmüşdür.

Səsvermənin ikinci turunda D.Tang 55 səslə Çin Xalq Respublikasının namizədi xanım Binyinq Vangı (28 səs) üstələyib.

Koordinasiya Komitəsi tərəfindən irəli sürülmüş namizədin ÜƏMT-nın Baş Assambleyasının 2020-ci il 7-8 may tarixlərində keçiriləcək fövqəladə sessiyasında təsdiqlənməsi gözlənilir.

Məlumat üçün bildiririk ki, ÜƏMT-nın Baş direktoru vəzifəsinuin tutulması üçün ilkin mərhələdə 12 dövlətin nümayəndəsinin namizədliyi irəli sürülmüşdür.

ÜƏMT-nın hazırkı Baş direktoru cənab Frensis Qarrinin səlahiyyət müddəti bu il 30 sentyabr tarixində başa çatacaq.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×