Qaynar xətt: 960
Videoyazıların YouTube portalına yüklənməsinin hüquqi təminatı

Videoyazıların YouTube portalına yüklənməsinin hüquqi təminatı

Son vaxtlar bəzi sosial şəbəkələrdə milli müəlliflərin və ifaçıların mahnılarından ibarət videoroliklərinonlayn resurslarda, o cümlədən YouTube portalında yerləşdirilməsi, onların istifadəsi, hüquq sahibliyi və sərəncamçılığı məsələləri, bu maraqların media şirkətləri tərəfindən təmsil edilməsi ilə bağlı suallar müzakirə olunmaqdadır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakı şərhləri nəzərə çatdırır:

1. Copyright (müəlliflik hüququ və əlaqəli hüquqlar) sisteminin bütün obyektlərinin istifadəsi, əgər obyekt qorunursa, yalnız qorunan obyektin hüquq sahibinin razılığı əsasında mümkündür.

Müəllif-hüquq qanunvericiliyinin bu tələbi, YouTube portalında ifaların videoyazılarının yerləşdirilməsi kimi istifadə halında da öz qüvvəsini saxlayır. Lakin bununla birlikdə biz bir sıra halları dəqiq təsnifatlaşdırmalıyıq.


Birincisi, yerləşdirilən obyekt müəllif-hüquq qanunvericiliyi nöqteyi-nəzərindən necə eyniləşdirilməlidir?

İkincisi, yerləşdirilən obyekt qorunurmu?

Üçüncüsü, yerləşdirilən obyektin hüquq sahibi kimdir?

Videoyazı Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsində müəllif-hüquq obyektinin obyektiv formalarından biri kimi qeyd edilmişdir. Həmin Qanunun 6-cı maddəsinə uyğun olaraq,videoyazı (bır sıra ölkələrin qanunvericiliklərində videoqram adlanır) müəlliflik hüququnun obyektləri olan əsərlər sırasına bilavasitə daxil edilməmişdir.

Lakin müəlliflik hüququnun obyektlərinin - əsərlərin bu siyahısı açıqdır. Buradan belə çıxır ki, müəlliflik hüququnun obyektlərinin qorunması üçün tələb olunan müəyyən şərtlər daxilində, daha doğrusu, videoyazıların obyektiv ifadə olunmuş yaradıcılıq əməyinin nəticəsi olduğu, yəni onların əsər kimi (əsərin əlamətlərinin olması) təsnif olduğu halda videoyazı müəlliflik hüququnun obyekti kimi müstəqil qorunma ala bilər.

Videoyazılar arasında musiqili və ədəbi əsərlərin ifalarının yazılması olanvideomateriallar xüsusi qrup təşkil edir.

Audiovizual vasitələrlə həyata keçirilən bu cür yazılmalar əsərlərin professional artistlər, həvəskar ifaçılar, yaradıcılıq kollektivləri, eləcə də əsər müəlliflərinin özləri tərəfindən ifa prosesini çatdırır.

İfaların özünə gəldikdə, onlar qanunverici tərəfindən əlaqəli hüquqların obyektlərinə aid edilmişdir və ifaçının hüquqları (ifaya dair müstəsna hüquqlar və müstəsna hüquqlar üzərində qanuna zidd olmayan istənilən sərəncamçılıq üsulları daxil olmaqla) “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 32-ci və 33-cü maddələrində müfəssəl şəkildə tənzimlənmişdir.

Burada xatırlatmaq vacibdir ki, videoyazıların hüquqi rejimi bütövlükdə, o cümlədən əsərlərin ifalarının videoyazıları və onların yaradıcılarının (hazırlayanların) hüquqları qanunvericiliklə müəyyən olunmamışdır.

Bununla birlikdə, əsərin videoyazısı, eləcə də səsyazısı (fonoqram) fiksəetmə üsuludur, onların fərqi isə bu fiksəetmənin həyata keçirildiyi texniki vasitələrin seçilməsindədir. Onları hazırlayanlar isə həm fiziki, həm də hüquqi şəxslər ola bilər. Belə yazılma həm yazılan əsərlə (müəlliflik hüququnun obyekti), həm də ifa (əlaqəli hüquqların obyekti) ilə əlaqəlidir.

Yuxarıda qeyd edildiyi kimi, ifanın videoyazısının müəlliflik hüququnun obyekti kimi hüquqi qorunması bilavasitə müəyyən edilməmiş, eləcə də onu hazırlayanın hüquqları tənzimlənməmişdir.

İfanın videoyazısının əlaqəli hüquqların obyektlərinə aid edilməsinə gəldikdə, milli qanunvericiliyə uyğun olaraq, ifaların videoyazıları əlaqəli hüquqlar obyektlərinin qapalı siyahısına daxil edilməmişdir və bununla da ifaların videoyazıları əlaqəli hüquqların obyekti kimi qorunmur (qeyd edək ki, bir sıra kontinental hüquq ölkələrində orijinallıq səviyyəsinin aşağı olması səbəbinə görə audiovizual əsərlərə aid edilməyən videoyazılar (videoqramlar) bütövlükdə əlaqəli hüquqlar obyekti kimi tanınır və bunun altında videoyazıları hazırlayanlarının (istehsalçıların) hüquqları başa düşülür).

Qeyd edilənlərdən irəli gələn əsas nəticə bundan ibarətdir ki, müəllif-hüquq qanunvericiliyi çərçivəsində, eləcə də beynəlxalq konvensiyalarda musiqili əsərlərin videoyazıları müəlliflik hüququnun müstəqil obyektlərinə bilavasitə aid edilmir, eləcə də onların qorunma qabiliyyəti əlaqəli hüquqlar obyektləri kimi tənzimlənmir.

Videoyazıların müəlliflik hüququnun müstəqil obyektlərinə aid edilməməsinin səbəbi onunla bağlıdır ki, videoyazılarda heç də həmişə yaradıcılıq əlamətləri olmur və onlar istehsalçılarıntexniki və təşkilati əməyi nəticəsində yaradılır, onların sırasında isəhüquqi şəxslər də ola bilər.

Videoyazıların, o cümlədən musiqili ifaların videoyazılarının qorunma qabiliyyəti haqında məsələnin qanunvericiliklə həll edilməsinə gəldikdə isə, hazırda bu məsələ milli qanunvericilik çərçivəsində açıq qalır və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilir.

Lakin hətta əsərlərin videoyazılarının istehsalçılarının hüquqları ilə bağlı kolliziyaları səsyazmaların istehsalçılarının (fonoqram istehsalçılarının) hüquqları ilə analogiya üzrə həll edən orqanlar, o hallarda ki, videoyazıya hüquqlar, əgər əlaqəli hüquqlara əsaslanırlarsa, ilk növbədə ondan çıxış edirlər ki, onların müəlliflik hüquqlarından törəmə olduğu əsas götürülür, əlaqəli hüquqlara hüquq sahibliyi isə o vaxt legitim sayılır ki, orada müəlliflik hüquqlarının pozulması halı olmasın.

Buradan belə çıxır ki, müəlliflik hüququnun birobyektinin (mahnının) müxtəlif ifalarının hüquq sahibləri müxtəlif əlaqəli hüquq sahibləri ola bilərlər.

2. Əsərin ifasının videoyazı İnternetə yerləşdirilərkən, videoyazını strayklar adlanan sistem vasitəsi ilə yerləşdirən şəxsə qarşıaşağıdakı kateqoriyadan olan şəxslər iddia irəli sürə bilərlər:

- əsərə müəlliflik hüquqlarının sahibləri, çünki söhbət YouTube-də əsərin müasir formada istifadəsindən gedir, qanunvericilik isə müəlliflik hüququnun sahibinin interaktiv kütləvi bildiriş səlahiyyətlərini tənzimləyir [interaktiv bildiriş hüququ];

- ifaya əlaqəli hüquqların sahibləri, onların qismində bir qayda olaraq, həm öz adından, həm də ifaçıların adından (baxmayaraq ki, ifaçılar da ayrıca hüquq sahibi ola bilərlər) fonoqram istehsalçıları (studiyalar) çıxış edirlər;

- yayım təşkilatlarının (televiziya yayım kanalları) və ifaların yerləşdirildiyi videoyazıların daha çox istifadə olunduğu videokadrların hüquq sahibləri);

Bununla birlikdə, videoyazı şəklində təqdim olunan ifa olunmuş əsərə müəlliflik hüququnun sahibləri əsəri ifa edən ifaçıdan və videokadrlarında əks olunmuş TV kanalından (yayım təşkilatından) asılı olmayaraq, onlara qarşı iddia qaldıra bilərlər.

Fonoqram istehsalçıları yalnız özlərinin hüquq sahibi olduqları fonoqramlarla bağlı iddia qaldıra bilərlər.

Yayım təşkilatları yalnız təmsil etdikləri televiziya verilişlərindən və ya TV kanalından kopyalanan videokadrlarla bağlı iddia qaldıra bilərlər.

Bununla belə, əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı bütün şikayətlər, strayklar adlandırılan sistem YouTube-nin tələblərinə uyğun olaraq aşağıdakı qaydada tərtib olunur:

- Hüquq sahibi müvafiq formanı dolduraraq, konkret videoda öz hüquqlarının pozulması barədə bildirişi You-Tube portalına göndərir;

-şikayətin düzgün tərtib edildiyi və hüquq pozuntusu həqiqətən aşkar oldunduğu halda, mübahisələndirilən məzmun silinir və videonu yükləyən şəxs xəbərdarlıq alır və YouTubeçərçivəsində müəlliflik hüququ üzrə kursları keçməlidir;

- belə vəziyyət üç dəfə təkrarlandığı halda (3 xəbərdarlıq), pozuntuya yol vermiş şəxsin hesabı bağlanır, bütün videolar onun kanalından silinir və pozucuya yeni kanallar yaratmaq qadağan edilir.

Strayklar sistemi ilə yanaşı, tez-tez Content ID istifadə olunmaqla, yəni hüquq sahiblərinin musiqili kompozisiyalarının məlumat bazası ilə müqayisə əsasında şikayət sistemi tətbiq edilir.

3. Videoyazıların, o cümlədən musiqili əsərlərin videoyazılarının YouTube-nin qaydaları nəzərə alınmaqla yüklənməsinə yuxarıda şərh olunan müəllif-hüquq tələbləri aşağıdakı nəticələrə gəlməyə imkan verir:

3.1. Müəllif hüquqları ilə qorunan videokontenti YouTube portalına yükləmək təşəbbüsü irəli sürən hər hansı şəxsin bu videokontentin əsasını təşkil edən əsərin müəllif hüququnun sahibindən icazəsi omalıdır.

Müəlliflik hüquqlarının pozuntusu barədə bildiriş alındığı halda, yadda saxlamaq lazımdır ki, YouTube portalının qaydalarına uyğun olaraq, bu qorunan videokontent, hətta bu videokontent bilavasitə sizin tərəfinizdən televiziya verilişindən, konsertdən və s. yazılmışdırsa belə, silinir.

Unutmamalıyıq ki, YouTube çərçivəsində hüquq pozuntusunun aşkara çıxarılması həm təqdim olunmuş videokontenti hüquq sahibləri tərəfindən yüklənmiş mövcud kontent nümunələri ilə müqayisə edən Content ID sistemi, həm də hüquq sahibi tərəfindən YouTube portalına göndərilmiş şikayət-tələb əsasında həyata keçirilə bilər.

Daha çox yayılmış şikayət formasının (Content ID sistemi) istifadə olunduğu halda hüquq sahibi həm bu videokontentin bloklanmasını, həm də onun monetizasiyasını, yəni gəlirin həmin videonu yükləyən şəxslə öz aralarında bölünməsini tələb edə bilər.

Content ID sisteminin sizin videorolik barədə tələbi ilə razı deyilsinizsə və bunun üçün qəti hüquqi əsasınız varsa, Sizə Content ID sisteminin videorolikinizlə bağlı tələbini mübahisələndirmək imkanı yaradılır.

Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, YouTube müəlliflik hüququ ilə bağlı mübahisələrdə vasitəçi kimi çıxış etmir və belə mübahisələri tərəflər məhkəmədə həll edirlər.

3.2. Müəyyən ifaçılar tərəfindən edilmiş əsər ifasının fonoqram yazılarına əlaqəli hüquqların sahibləri olan musiqili leybllar tərəfindən şikayətin daxil olduğu halda, yadda saxlamaq lazımdır ki, müəyyən ifaçılar tərəfindən edilmiş ifanın fonoqram yazılarına əlaqəli hüquqların sahibi olan hansısa musiqili leyblin yalnız eyni müəlliflik hüququ obyektinin ifa olunması səbəbinə görə Sizin videoyazınızın silinməsini tələb etmək hüququ yoxdur.

Sizin videoyazınızı silmək tələbi o halda mümkündür ki,müəlliflik hüququ obytektinin hansısa ifaçı tərəfindən edilmiş ifasının fonoqram yazısına hüquq sahibi olan musiqili leyblın həmin musiqili əsərə müəlliflik hüquqları olsun (müəlliflik hüquqları müəllif və ya hüquq sahibi ilə bağlanılmış lisenziya müqaviləsi əsasında alınmışdır).

Burada nəzərə almaq lazımdır ki, həmin müəlliflik hüququ obyekti qorunur və qorunma müddəti bitməmişdir, ictimai varidat dairəsinə keçməmişdir. Müəlliflik hüququnun obyektinin ictimai varidat dairəsinə keçdiyi və dövlət varidatı elan edilmədiyi haldaheç bir razılıq alınması tələb olunmur.

3.3. Əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddialar yayım təşkilatları (TV kanallar) və ya onların nümayəndələri tərəfindən də verilə bilər.

Yadda saxlamaq lazımdır ki, belə halda müəlliflik hüququnun sahibi onun musiqi kompozisiyanın daxil olduğu videokadrların istifadəsinə görə müəllif qonorarı almaq hüququnu özündə saxlayır.

4. Televiziya kanallarının və digər fiziki və ya hüquqi şəxslərin maraqlarının ayrıca şirkətlər və ya təşkilatlar tərəfindən təmsil olunmasına gəldikdə, qeyd etmək vacibdir ki, belə agentlərə müraciət edən televiziya kanalları və fiziki və ya hüquqi şəxslər onlara, həmçinin YouTube videohostinqinə ifa olunan musiqili əsərə hüquqların onlara məxsus olduğunu təsdiq edən lisenziya müqaviləsi təqdim etməlidirlər. Lisenziya müqavilələrində başqa şərtlər göstərilməyibsə, videoroliklərin baxışına görə əldə olunan gəlirin bir hissəsi əsərlərin müəlliflərinə ödənilməlidir.

Əlavə olaraq, bildiririk ki, rəqəmli şəbəkədə təmsilçilik ilə məşğul olan şirkətlərin fəaliyyəti ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra ətraflı məlumat veriləcəkdir.

startup51startup1Elektron xidmetlerTvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×