İdarə Heyətinin sədri
Kamran Sultan oğlu İmanov
Azərbaycan Respublikasının Əqli Mülkiyyət
Agentliyinin İdarə Heyətinin sədri
Tel.: (+99412) 493-39-44 (dax. 101)
Faks: (+99412) 498-10-28
E-mail: info@copat.gov.az
1946-cı il təvəllüdlüdür.
Bu vəzifəyə təyin olunmamışdan əvvəl Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 19.11.2008-ci il tarixli, 55 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 07.05.2013-cü il tarixli Sərəncamı ilə müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 07.11.2016-cı il tarixli Sərəncamı ilə müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 11.09.2017-ci il tarixli, 3221 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 07.05.2018-ci il tarixli, 58 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.