Çağrı Mərkəzi: 960
​Heydər Əliyev milli əqli mülkiyyət sisteminin müəllifi və yaradıcısıdır

​Heydər Əliyev milli əqli mülkiyyət sisteminin müəllifi və yaradıcısıdır

Heydər Əliyev - 100

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev ili” elan edilib. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən keçiriləcək tədbirlərin təqvim planı hazırlanıb.Təqvim planına uyğun olaraq Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər nəzərdə tutulub. Ümummilli Lider Heydər Əliyev Azərbaycanımızın hərtərəfli inkişafına misilsiz töhfələr verib. Sənaye və kənd təsərrüfatının, ölkənin müdafiə qabiliyyətinin, elm, təhsil və mədəniyyətin, ümumiyyətlə bütün sahələrin inkişafı bu dahi şəxsiyyətin daim diqqət mərkəzində olmuşdur.

Ulu Öndər dünyanın çox böyük dəyər verdiyi, nüfuzlu fəaliyyət sahələrindən hesab olunan əqli mülkiyyət sisteminin yaranmasında və inkişaf edib bu günkü səviyyəyə çatmasında uzaqgörənlik nümayiş etdirərək bu sahəyə xüsusi qayğı və diqqət göstərmişdir.Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun təbirincə desək “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı və əqli mülkiyyət sahəsinin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətdir”.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin çap etdiyi “Heydər Əliyev Azərbaycanın əqli mülkiyyət sisteminin müəllifi və yaradıcısıdır” kitabında və digər çap məhsullarında Ulu öndər haqqında yüzlərlə, minlərlə belə ziyalı sözünə, fikrinə rast gəlirik. Bu kitab müxtəlif illərdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbirlərdə edilən çıxışlar əsasında hazırlanmışdır. 2023-cü il Heydər Əliyev ilidir. Agentlik olaraq Ümummilli Liderimizin həyat və fəaliyyətinin təbliğatı və bu sahənin inkişafına verdiyi töhfələrin ictimaiyyətə çatdırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini hədəfləmişik. Bu hədəflərdən biri də Agentliyin saytında (copat.gov.az) “Heydər Əliyev-100. Ziyalı sözü” rubrikası kimi nəzərdə tutulub. Rubrika ilin sonunadək davam edəcək.


Ziyalı sözü


1. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı...

2. Dövlətçiliyimizin, müstəqilliyimizin mürəkkəb anlarında, ən çətin məqamlarında ...

3. Heydər Əliyev millətin ən dəyərli varidatı olan intellektin böyüklüyünü, onu təşkil edən ...

4. Heydər Əliyevə görə, folklorumuz və mədəni adət-ənənələrimiz heç vaxt unudulmayacaq.

5. Milli təfəkkür və fərdi təəssübkeşlik, etnik dərketmə və fərdi səciyyə, mənəvi dəyərlər, mentallıq ...

6. Ümummilli liderimiz Heydər Əliyev yaradıcılığın və mədəni irsin qorunmasına təminat verən ...

7. Heydər Əliyev dahiliyi mədəni ənənələrimizdə keçmişimizin tərəqqisini görürdü və bugünkü ...

8. Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ...

9. Heydər Əliyev dühası sovet müəlliflik hüququnu inzibati-amirlik sisteminə xidmət edən,...

10. Heydər Əliyev dühası sovet müəlliflik hüququnu inzibati-amirlik sisteminə xidmət edən

11. Heydər Əliyev irsi Azərbaycanın ən dəyərli əqli mülkiyyətidir

12. Heydər Əliyev müəlliflərə və yaradıcı şəxslərə onların şəxsi hüquqları ilə yanaşı

13. Heydər Əliyev zəkası Azərbaycan iqtisadiyyatının dirçəlişi və inkişafı üçün böyük miqdarda



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×