İşə qəbul
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində işə (dövlət qulluğuna) qəbul
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində inzibati vəzifələrin tutulması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsahibə və müsabiqə yolu ilə həyata keçirilir.
Belə ki, Agentlikdə vakant inzibati vəzifələr yarandıqda həmin vəzifənin tutulması üçün qanununa uyğun olaraq müsahibə və müsabiqə elan olunur. Müsahibə və müsabiqələrin keçirilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: www.dim.gov.az.