Çağrı Mərkəzi: 960
İdarə Heyətinin sədri



Kamran Sultan oğlu İmanov

Azərbaycan Respublikası Əqli Mülkiyyət

Agentliyinin İdarə Heyətinin sədri

Tel.: (+99412) 960

E-mail: info@copat.gov.az





1946-cı il təvəllüdlüdür.

Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirəndən və ali təhsilini tamamladıqdan sonra Azərbaycan Neft-Kimya İnstitutunda baş laborant, baş müəllim, elmi laboratoriya müdiri və Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi Mərkəzinin direktoru vəzifələrində işləmişdir. Tələbəlik illərində beynəlxalq tələbə elmi müsabiqəsinin laureatı adına layiq görülmüşdür. İnşaat və Memarlıq Universitetinin tədris işləri üzrə prorektoru, birinci prorektoru, Azərbaycan universitetləri rektorlar Şurasının katibi, Azərbaycan Respublikası rəhbərliyinin İctimai rəyin öyrənilməsi üzrə Sosioloji tədqiqatlar Mərkəzinin elmi katibi vəzifələrində çalışmışdır.

Həmin illərdə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, “Təhsil əlaçısı” medalı ilə təltif olunmuş, SSRİ Dövlət Təhsil Komitəsinin “Ən yaxşı elmi tədqiqatlara görə” müsabiqəsinin laureatı adını almış, SSRİ Təhsil Nazirliyinin bir sıra fərmanları ilə təltif edilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin 1-ci müavini, test sistemi layihəsinin rəhbəri, həmin Komissiyanın sədri və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ilk rəhbəri olmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olmuş, sonradan Azərbaycan Respublikası Prezidentinin 19.11.2008-ci il tarixli, 55 nömrəli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 07.05.2013-cü il tarixli, 2889 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 07.11.2016-cı il tarixli, 2417 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 04.11.2021-ci il tarixli, 2985 nömrəli Sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11.09.2017-ci il tarixli, 3221 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 07.05.2018-ci il tarixli, 58 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fəxri Professorudur. Türkiyə, Almaniya, Macarıstan, ABŞ, İsveçrə, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Əqli mülkiyyət, müəllif hüquqlarına aid mövzularla bağlı 110-dan artıq elmi əsərin, erməni plagiatını ifşa edən 40-dan çox kitab və məqalənin, qərar qəbuluna aid 80-dən çox əsərin müəllifidir. Elmi rəhbərliyi altında aspirantlar və magistrlər yetişdirilmişdir.

“Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının Assambleyasının sədr müavini, sonradan sədri seçilmiş, hazırda isə ÜƏMT-nin “Müəlliflik hüququna dair Müqaviləsi”nin Assambleyasının rəhbəridir. Azərbaycan Respublikasının ÜƏMT-də nümayəndə heyətinin rəhbəri kimi fransız və ingilis dillərində onlarla çıxışlar edib, Azərbaycan Respublikasının Avrasiya Patent Təşkilatının İnzibati Şurasında səlahiyyətli nümayəndəsidir.

Bakı Dövlət Universitetində ilk dəfə olaraq Əqli mülkiyyət hüququ kafedrasının və Əqli Mülkiyyət Agentliyində onun filialının yaradılmasının və əqli mülkiyyət hüququ üzrə ixtisaslaşma aparılmasının təşəbbüskarlarından olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 dekabr 2019-cu il tarixli K-1822 nöməli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin yubiley medalları ilə təltif edilmişdir.

Bununla yanaşı, 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Dünya elminə və mədəniyyətinə üstün xidmətlərinə görə “Uluslarararası Altın Ulduz” medalına layiq görülmüş, həmin ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Akademik-üzvü seçilmiş, 2015-ci ildə Uluslararası Türk Kültürü Təşkilatının (Türksoy) 20 illiyi münasibətilə “Türksoy” medalı, 2016-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Türk dünyası elminə və mədəniyyətinə üstün xidmətlərinə görə “Atatürk Uluslararası ödülü” ilə təltif edilmişdir.

2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə “Taclı Ulduz” ordeni ilə təltif edilmişdir.


Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×