Çağrı Mərkəzi: 960
Aparatın rəhbəri

Xudayət İskəndər oğlu Həsənli

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin

Aparatının rəhbəri

Tel.:+99412 449-84-89 (daxili 257, 109)

E-mail: xhasanli@copat.gov.az



1958-ci ildə Tovuz rayonunda anadan olub.

S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika və hüquq fakültələrini bitirmişdir.

Aşağıdakı vəzifələrdə işləmişdir:

1981-1993-cü illərdə “Azərbaycan gəncləri” qəzetində müxbir, şöbə müdiri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Mətbuat xidmətinin rəisi;

1993-2001-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində böyük məsləhətçi:

2002- 2014-cü illərdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində aparıcı mütəxəssis-hüquqşünas, Beynəlxalq müəllif hüquqları şöbəsinin müdiri, Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri;

2014-2018-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatında Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri və Nazirliyin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin hüquq məsələləri üzrə müavini;

2018-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri.

2018-ci il 1 noyabr tarixindən 2022-ci il iyul ayınadək Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində işləmişdir. 2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri vəzifəsində işləyir.

Yaponiya, Fransa, Belçika, İsveçrə, Türkiyə və Rusiyada əqli mülkiyyət sahəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak və məruzələrlə çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 2889 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Dövlət qulluğunun baş müşaviridir.

Ailəlidir, 2 övladı var.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×