Çağrı Mərkəzi: 960
Heydər Əliyev - 100

Heydər Əliyev - 100

Ziyalı sözü

Heydər Əliyev dühası sovet müəlliflik hüququnu inzibati-amirlik sisteminə xidmət edən, müəlliflərin xeyrindən daha çox onların mənafeyinə zidd olan “əsərlərdən istifadə hüququ”, yaradıcılığa sipər çəkən amil kimi təsəvvür edirdi. Ulu Öndər yaradıcılıq sərbəstliyi və dövlət müdaxiləsi arasında olan qeyri-bərabər vəziyyəti uçuraraq, “müəllif öz əsərinin sahibkarı yox, ancaq müəllifidir” prinsipinin dağıdılmasının təşəbbüskarı oldu. Onun göstərişləri nəticəsində sovet müəllif hüququnun iki ən vacib – “əmlak hüququnun verilə bilməməsi” və “qonorarın ödənilməsi və ya ödənilməməsi şərti ilə əsərlərdən sərbəst istifadə” ehkam-postulatı rədd edildi. Əgər müəlliflik hüququnun birinci sovet ehkamı müəllifə məxsus olan müəllif-hüquq dairəsini “kəsirdisə”, ikinci ehkam “kəsilmiş” hüquq dairəsinə daxil olmağa “icazə verirdi”. Heydər Əliyev müəlliflərə və yaradıcı şəxslərə onların şəxsi hüquqları ilə yanaşı, əmlak (iqtisadi) hüquqlarını da qaytararaq yaradıcılığın həvəsləndirilməsinə, mədəni irsin zənginləşdirilməsinə əsas yaratdı. Müəllifin iradəsinin muxtariyyətini bərpa etdirərək və əsərdən istifadəyə müəllif icazəsini ön plana çəkdirərək gələcək müəlliflik hüququna əsaslanan “mədəni (kreativ)” sənayenin təməl daşını qoydu.

Həmçinin Sovet patent sistemində də yaradıcının sıxılması haqqında söyləmək olar. İxtiraçı patent hüququnun sahibi deyildi, o yalnız ixtiraçı idi və heç təsadüfi deyildi ki, o zamankı qanunvericilik patent haqqında yox, ixtiraçı fəaliyyəti haqqında söhbət açırdı. Patent hüququ dövlətdə qalmaqla ixtiraçıya ixtira şəhadətnaməsi verilirdi. Bu isə o deməkdir ki, onun yalnız şəxsi, qorunan ixtiranın müəllifi olması tanınırdı, lakin əqli mülkiyyətə heç bir sərəncamçılıq verilmirdi və onun istifadəsi yaradan şəxsdən kenar keçməli idi. Əvəzində isə 50 rubl məbləğində kompensasiya təqdim edilirdi. Bu xoşagəlməz vəziyyəti Ulu Öndərin uzaqgörənliyi aradan qaldırdı, patent haqqında qanun qəbul edildi və ixtiraçının hüquqları bərpa olunmaqla, yenilikçiliyə, innovasiyaya yol açıldı.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×