Çağrı Mərkəzi: 960
İdarə Heyətinin üzvü

Sənan Nizami oğlu Tapdıqov

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin

İdarə Heyətinin üzvü

Tel.: 960

E-mail: office2@copat.gov.az




1978-ci ildə Bakı şəhərində anadan olub.

1999 və 2001-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistr dərəcələrini müvafiq olaraq “Hüquqşünas” və “Dövlət hüququ” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın dəstəyi ilə Niderland Krallığının Maastricht School of Management Universitetini “Biznesin idarə edilməsi” ixtisası üzrə bitirərək MBA (Master of Business Administration) və paralel olaraq 2015-ci ildə ADA Universitetini “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bitirərək magistr dərəcəsi almışdır.

S.N.Tapdıqov əvvəllər Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına daxil olma üzrə Dövlət Komissiyasının Katibliyinin rəhbəri, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” ASC-lərin Müşahidə Şuralarının üzvü, “SOCAR-Foster Viler” Azərbaycan-İtaliya birgə müəssisəsinin Direktorlar Şurasının üzvü, Azərbaycanda korporativ idarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun rəhbəri olmuşdur. O, həmçinin müxtəlif dövlət müəssisə və qurumlarında müxtəlif vəzifələrdə, eləcə də Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Korporativ idarəetmə sektorunun müdiri, SOCAR-ın Baş ofisinin Strateji inkişaf şöbəsində rəis müavini, Neft-qaz Emalı və Neft-kimya Kompleksində Hüquq şöbəsinin rəisi və s. vəzifələrdə çalışmışdır.

2018-ci ilin iyul ayından Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli Sərəncamı ilə S.Tapdıqov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.

S.Tapdıqov Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının sədridir.

Elmi-pedaqoji fəaliyyətlə də məşğul olur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA bölməsində Beynəlxalq kommersiya və biznes hüququ, Korporativ hüquq, Konstitusiya (Dövlət) hüququ fənlərindən mühazirələr və seminarlar aparır.

Hüquq üzrə fəlsəfə doktorudur, 15-ə qədər elmi məqalənin müəllifidir.

Ailəlidir, 3 övladı var.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×