Qaynar xətt: 960
18 sentyabr - Milli Musiqi Günüdür

18 sentyabr - Milli Musiqi Günüdür

18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında keçirilir.

Bu il Ü.Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur. Bu əlamətdar gün ilə əlaqədar Bakıda və ölkəmizin müxtəlif bölgələrində tədbirlər keçirilir.

Əqli Mülkiyyət Agentliyi mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan musiqi əsərlərinin, folklor nümunələrinin hüquqi qorunması, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq üçün müvafiq tədbirlər görür.

Milli Musiqi Günü münasibətilə Agentlik ölkəmizdə musiqi mədəniyyətinin inkişafında, zənginləşməsində və beynəlxalq səviyyədə tanıdılmasında və qorunmasında iştirak edən hər kəsi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.

startup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×