Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan konfransda məruzə ilə çıxış edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan konfransda məruzə ilə çıxış edib

Fevralın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Ədalət Muradov ölkədə 27 martın Elm günü kimi qeyd olunmasını nəzərə alaraq, UNEC-də “Elm aylığı”na start verildiyini və universitetdə 20-dən çox müxtəlif elmi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Ə.Muradov konfransın mövzusunun aktuallığına toxunaraq aparılan elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üçün onun nəticələrinin elm dünyasına ötürülməsinin tələb olunduğunu qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov “Əqli mülkiyyət və elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Mövzunun aktuallığından danışan K.İmanov Prezident İlham Əliyevin dəstəyi nəticəsində Azərbaycanda əqli mülkiyyət sahəsində zəngin milli qanunvericilik bazasının formalaşdığını bildirib. Təqdimatda milli innovasiya sistemlərinin modelləri, bilik iqtisadiyyatına aid olan sahələrin ÜDM-dəki payı, ixtiralarla bağlı göstəricilərin dinamikası açıqlanıb. Eyni zamanda kommersiyalaşma ilə bağlı ali məktəblərin qarşısında duran vəzifələrdən söz açılıb. K.İmanov ölkədə innovasiya potensialının nəticələrdən daha yüksək olduğunu diqqətə çatdıraraq, imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıb, elmi fəaliyyətin müasir modelinin 3.0 universitet səviyyəsinə qaldırılmasında önəmli məqamları qeyd edib. Ölkədə biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun dövlətin strateji məqsədlərindən olduğunu deyən K.İmanov universitetlərlə birgə əməkdaşlığın bu sahəyə böyük töhfələr verəcəyini bildirib.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×