Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarını yad etmişdir

Əqli Mülkiyyət Agentliyinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarını yad etmişdir

Bu gün xalqımızın qəhrəmanlıq nümunəsi olan 20 Yanvar faciəsindən 31 il ötür. 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli səhifəsidir.

Faciənin ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin kollektivi Şəhidlər Xiybanını ziyarət etmiş, şəhidlərin qəbirləri önünə təzə-tər qərənfillər düzülmüş, ruhları ehtiramla anılmışdır.

Qeyd edək ki, SSRİ-nin o zamankı rəhbərliyi xalqımızın istiqlaliyyət, suverenlik və azadlıq istəyini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrini Bakı şəhərinə yeritmiş və mülki əhaliyə qarşı qırğın törədilmişdir. Nəticədə 147 Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs edilmişdir. Lakin sovet rəhbərliyinin xalqımızın iradəsini sındırmaq cəhdi baş tutmamış, tezliklə Azərbaycan öz müstəqilliyini qazanmışdır.

Həmin hadisələr zamanı həlak olan şəhidlərimiz Azərbaycanın tarixinə parlaq səhifə yazıblar və xalqımız tərəfindən daim ehtiramla yad olunacaqlar.

Sənədlərin ONLAYN qəbulu PƏNAHstartup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×