Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 39-cu sessiyasında iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 39-cu sessiyasında iştirak edib

21 – 25 oktyabr 2019-cu ildə İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 39-cu sessiyası keçirilmişdir. Sessiyada müəllif hüquqları və əlaqəli hüquqlar üzrə "Kitabxanalarda, muzeylərdə, arxivlərdə və elmi-tədqiqat institutlarında istisnalar və məhdudiyyətlər" və yayım təşkilatlarının hüquqlarının qorunması üzrə məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

Sessiyada Əqli Mülkiyyət Agentliyinin nümayəndələri – Müəllif hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri və müdir müavini Nadirə Bədəlbəyli və Əfsanə Mirzəzadə iştirak etmişdir. Nümayəndələr sessiya çərçivəsində Avstriyanın, Finlandiyanın, Türkiyənin, Gürcüstanın, İordaniyanın nümayəndələri ilə işçi qaydada görüşlər keçirmiş, ölkələrimizin əqli mülkiyyət, müəllif hüquqları və əlaqəli hüquqlar üzrə milli qanunvericilikləri və təcrübələri üzrə söhbət aparılmışdır.

startup51startup1startup2https://www.eapo.org/ru/https://www.epo.org/index.htmlAggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×