Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikası 2021-ci il Qlobal İnnovasiya İndeksində mövqeyini yaxşılaşdırmışdır – Əqli Mülkiyyət Agentliyi

Azərbaycan Respublikası 2021-ci il Qlobal İnnovasiya İndeksində mövqeyini yaxşılaşdırmışdır – Əqli Mülkiyyət Agentliyi

Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) birgə nəşri olan və bu il 132 ölkəni əhatə edən (keçən ilki reytinq 131 ölkəni daxil edirdi) Qlobal İnnovasiya İndeksi (Qİİ) – 2021-in 14-cü nəşri yayımlanmışdır.Qlobal İnnovasiya İndeksi 2007-ci ildən nəşr edilir.

Qİİ-2021 reytinqi innovasiya fəaliyyətinin potensialı, səmərələliyi və çərçivə şərtlərini əhatə edən 81 göstərici əsasında tərtib edilmişdir. Təhlil edilən göstəricilər qanunvericilik, elm və təhsildən tutmuş bazar, biznes, infrastruktur və s. məsələlərinin inkişafına qədər geniş məlumatlar spektrini ehtiva edir. Qİİ-nin nəşr edilməsinin əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin səmərəliliyinin qiymətləndirməsinə imkan yaratmaqdır.

Qİİ-2021 reytinqi innovasiya fəaliyyətinin iki yekunlaşdırıcı - "innovasiya resursları" və "innovasiya nəticələri" adlanan alt indekslərə daxil olan 7 qrup göstəricisindən ibarətdir. "İnnovativ resurslar" alt indeksi beş qrupa: 1 - qurumlar; 2 - insan kapitalı və elm; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı – bölünməklə innovasiya prosesləri baş verən milli iqtisadiyyatın elementlərini qiymətləndirməyə imkan verir.

"İnnovativ nəticələr" alt indeksi iki qrupa: 6 - bilik və texnologiyaların yayılması və 7 - kreativ fəaliyyətin nəticələri – bölünməklə, innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.

Qİİ–2021-in lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Cənubi Koreya gəlir. Ən innovativ ölkələrin ilk onluğuna eləcə də Niderland, Finlandiya, Sinqapur, Danimarka və Almaniyadaxildir. Çin, reytinqdə 12 -ci yeri alaraq, ikinci onluq ölkələr sırasına daxil olub.

Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniyada - 21 -ci yer, Latviyada - 38-ci yer və Litvadadır - 49-cu yer. Rusiya 45-ci yeri, Azərbaycan isə ötən ilə nisbətən (82 -ci yer) reytinqini daha da yaxşılaşdırmışdır və 80-ci yerdə qərarlaşmışdır.

"İnnovativ resurslar" alt indeksi üzrəAzərbaycan reytinqdə MDB çərçivəsində Özbəkistanı (75), Ukraynanı (76), Moldovanı (80), Qırğızıstanı (81), Ermənistanı (85), Tacikistanı(104) qabaqlayaraq, 74-cü yerdə qərarlaşmışdır.

Bu alt indeks üzrə ölkənin ən yaxşı nəticəsini "Daxili bazarın inkişafı" bloku tutur - 36-cı yer. Bu blokda "Kredit" istiqaməti 33-cü yeri tutur, bu istiqamətə daxil olan "kreditin alınmasında əlçatanlıq" göstəricisi üzrə reytinqdəki bütün ölkələr arasında 1-ci, "mikromaliyyə kreditləri" göstəricisi üzrə 13-cü yerdədir.

“İnstitutlar” blokunda “iş mühiti” istiqaməti yüksək - 33-cü, “biznesə başlamağın asanlığı” göstəricisi isə 9-cu yerdədir. "İnsan kapitalı və elm" blokunda "ibtidai məktəbdə şagird-müəllim nisbəti" göstəricisi yüksək 8-ci yerdədir.

Qeyd etmək lazımdır ki, bu blokda "təhsil" inteqral göstəricisi üzrə Azərbaycan 2020-ci ildə 84-cü yerdən 2021-ci ildə 76-cı yerə keçərək öz mövqeyini yaxşılaşdırmışdır. Həmçinin qeyd edirik ki, Universitetlərin QS reytinqi üzrə Azərbaycan MDB ölkələri arasında Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan geridə qalaraq, 5-ci yeri tutur. ”İnnovasiya əlaqələri” istiqaməti üzrə ölkə "Universitetlər və sənaye arasında əməkdaşlıq" və "Klaster inkişafı" göstəricilərinə görə yüksək, müvafiq olaraq, 23-cü və 27-ci yerləri tutur.

“İnnovativ nəticələr” alt indeksi də heç də az əhəmiyyətli olan alt indeks deyil. Əgər "İnnovativ resurslar" alt indeksi innovasiyalar üçün əlverişlilik səviyyəsini əks etdirirsə, "innovativ nəticələr" alt indeksi bu sahədə nailiyyətləri əks etdirir. Bu alt indeks nə qədər yüksək olarsa, innovativ imkanlar bir o qədər səmərəli istifadə olunur.

Azərbaycan "innovativ nəticələr" yekunlaşdırıcı alt indeksi üzrə Tacikistanı (96-cı yer), Özbəkistanı (100-cü), Qazaxıstanı (101-ci), Qırğızıstanı (119-cu) qabaqlayır və 91-ci yeri tutur.

"İnnovativ nəticələr" alt indeksinə münasibətdə qeyd etmək lazımdır ki, "Kreativ fəaliyyətin nəticələri" bloku üzrə Azərbaycan Gürcüstan (74), Belarus (93), Tacikistan (107), Qazaxıstan (110), Özbəkistan (113), Qırğızıstanı (120) qabaqlayaraq, 67-ci yerdədir.

Bu alt indeksdə diqqət çəkən əsasən əqli mülkiyyət obyektləri ilə müəyyən olunan və hansılar üzrə Azərbaycan 2020-ci ilin nəticəsini (56-cı yer) 2 pillə yaxşılaşdıraraq, 54-cü yeri tutan "qeyri-maddi aktivlər" vacib göstəricidir. Bu inteqral göstəricidə kifayət qədər yüksək yerləri əqli mülkiyyət göstəriciləri: sənaye nümunələri və əmtəə nişanları tutur ki, bunlar üzrə Azərbaycan reytinqdə vəziyyətini, müvafiq olaraq, 18 və 11 pillə yaxşılaşdırmışdır.

Həmin alt indeksdə İKT və təşkilati modelin yaradılması göstəricisi yüksək 35-ci yeri tutur.

"Bilik və texnoloji nəticələr" blokundakı "biliklərin yaradılması" inteqral göstəricisinə görə Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq, "rezidentlərin faydalı modellərə iddiaları" (39-ci yer) və "rezidentlərin ixtiralara iddiaları” (56 -cı yer) kimi əqli mülkiyyət göstəriciləri üzrə olduqca yüksək yerləri tutur.

Ümumiyyətlə, Qİİ reytinq göstəricisinin bundan sonra yaxışlaşdırılması innovasiya resurslarının davamlı istifadəsi ilə əlaqələndirilir, başqa sözlərlə "İnnovasiya nəticələri" göstəricisinin (91-ci yer) "İnnovasiya resursları”na" (74-cü yer) çatdırılması ilə.

Qeyd etmək lazımdır ki, əqli mülkiyyət üzrə ən vacib göstəricilər, məhz sənaye mülkiyyəti göstəriciləri, yaxşılaşmışdır. Bu, rezidentlərin – milli iddiaçıların patent fəallığının artması ilə əlaqəlidir. Belə ki, ötən müddət ərzində "rezidentlərin ixtiralara iddiaları" üzrə irəliləmə 8 mövqe, "rezidentlərin faydalı modellərə iddiaları” üzrə - 11 mövqe, "sənaye nümunələri" üzrə - 18 mövqe, "əmtəə nişanları" üzrə - 11 mövqe, “patent ailələri” üzrə 12 mövqe olmuşdur.

Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×